Ukraynada hərbi vəziyyət ləğv edilərsə... Çernev
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aprelin 16-da Ukrayna Ali Radası hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini 2025-ci il avqustun 6-dək uzadıb. Lakin o, 90 gündən tez ləğv oluna bilər.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı deputat Yeqor Çernev danışıb.
Onun sözlərinə görə, sülhün bərqərar olacağı təqdirdə hərbi vəziyyətin ləğvi barədə qərar verilə bilər:
“Ali Rada istənilən vaxt, istənilən gün toplaşa və hətta bu 90 günün bitməsini gözləmədən hərbi vəziyyətin ləğvi üçün səs verə bilər”.
Eyni zamanda, o vurğulayıb ki, müharibə hələ də davam edərkən hərbi vəziyyət ləğv edilərsə, bu, dövlət aparatının fəaliyyətini dəyişə bilər. Xüsusilə, belə bir qərar hərbi-mülki administrasiyaların işinə və Ukrayna ordusunun maliyyələşdirilməsinə təsir edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Aprel 2025 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















