Ukraynada mənzil sektoruna dəyən ziyan 90 milyard dollara yaxınlaşır
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukraynada mənzil sektoru Rusiyanın müharibəsi nəticəsində ən çox zərər görən sahələrdən biridir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) federal əyalətlər və yerli hakimiyyət orqanları üzrə G33 bölməsinin rəhbəri Yeliz Berxt Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlerin yenidən qurulması və Gələcək Şəher" adlı tədbirdə deyib.
Bildirilib ki, Ukraynada mənzil fondunun təxminən 14 %-i dağıdılıb və ya zədələnib: "Ümumi zərər və itkilərin həcmi isə 90 milyard ABŞ dollarına yaxın qiymətləndirilir. Hazırda 3,4 milyon məcburi köçkün, geri qayıdan şəxs və veteran kirayə mənzillərdən asılı vəziyyətdədir, lakin bu qruplar üçün əlçatan mənzil imkanları olduqca məhduddur. Mənzil bərpası yalnız binaların yenidən tikilməsi deyil. Bu, insanlar, ləyaqət və şəhərlər məsələsidir".
Onun sözlərinə görə, Almaniya Ukraynanın bərpasında mənzil sektorunu əsas istiqamətlərdən biri hesab edir: "Biz yalnız dağıdılmış binaları əvəz etmək istəmirik. Məqsədimiz daha təhlükəsiz, yaşıl və inklüziv şəhər mühiti yaratmaqdır. Mənzil siyasətinin əsas prinsipləri ilə bağlı çərçivə qanunu artıq qəbul edilib, sosial və əlçatan mənzil, həmçinin mənzil fondunun idarə olunması ilə bağlı əlavə qanunların hazırlanmasına ehtiyac var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 21 May 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















