Icma.az
close
up
RU
Ukraynada minatəmizləmə prosesində müsbət nəticələr var

Ukraynada minatəmizləmə prosesində müsbət nəticələr var

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 7 aprel, AZƏRTAC

Ukraynada iş və yaşayış üçün əlverişli ərazilərin 70 faizindən çoxu artıq piyada əleyhinə minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsveçrənin Minatəmizləmə Fondu (Schweizerische Stiftung für Minenräumung, SSM) Cenevrədə məlumat yayıb.

Ötən həftə təşkilat minaları aşkar etmək üçün nəzərdə tutulmuş yeni pilotsuz uçan aparatın qarşıdakı sınaqlarını elan edib. “Mina təhlükəsinin miqyasına baxmayaraq, biz nikbin ola bilərik”, -deyən SSM direktoru Hansyörq Eberle Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə Cenevrədə çıxış edərkən bildirib ki, müharibə başlayandan bəri fondun komandası təxminən 120 kvadrat kilometr ərazini tədqiq edib.

Aparılan bu işlər, həmçinin digər beynəlxalq və Ukrayna strukturlarının səyləri sayəsində minlərlə hektar torpaq sənaye və kənd təsərrüfatı istifadəsinə qaytarılıb, habelə infrastrukturun bərpası və yerli əhalinin təhlükəsizliyinin yaxşılaşdırılması məqsədilə yararlı vəziyyətə gətirilib. SSM-in iştirakı ilə Çerniqov, Xarkov, Donetsk və Xerson vilayətlərində ərazilər təmizlənib.

Təxminən 400 min nəfər minaların aşkarlanması üzrə təlim keçib. Fond vurğulayıb ki, hər gün partlayıcı qurğular aşkar edilir. Bir neçə ay əvvəl SSM Ukraynanın “Ukrayna Humanitar Müdafiə Mərkəzi” QHT-si ilə tərəfdaşlıq müqaviləsi bağlayıb.

İsveçrə tərəfi minatəmizləmə sahəsində texniki dəstək göstərir və davamlı idarəetmə sistemlərinin inkişafına kömək edir. Yaxın həftələrdə fond yeraltı məkanı skan edə bilən radarla təchiz edilmiş yeni pilotsuz təyyarəni sınaqdan keçirəcək. Mütəxəssislərin fikrincə, bu, piyada əleyhinə minaların və partlamamış hərbi sursatların daha tez və dəqiq aşkarlanmasına imkan verəcək, ərazilərin minalardan təmizlənməsi prosesini sürətləndirəcək.

2024-cü ilin sonunadək minatəmizləmə üçün yararlı olan 45 min kvadrat kilometr sahədən 35 mini mühəndislik və zərərsizləşdirmə əməliyyatları vasitəsilə artıq tədqiq edilib və qismən təmizlənib. İsveçrə minalarla mübarizə prosesində SSM və digər maraqlı tərəflərin fəaliyyətini fəal şəkildə dəstəkləyir. Xüsusilə, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) bu sahədə dövlət strategiyasının hazırlanması üzrə Ukrayna hakimiyyətinə yardım edir.

Məqsəd 2033-cü ilə qədər ölkə ərazisinin təxminən 80 faizini minalardan təmizləməkdir. Lakin ilkin hesablamalara görə, bütün ölkəni minalardan tam təmizləmək bir neçə əsr çəkə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri