Icma.az
close
up
RU
Ukraynada müharibə dayanarsa: Bakı ilə İrəvan arasında sülh prosesinə təsir edəcək?

Ukraynada müharibə dayanarsa: Bakı ilə İrəvan arasında sülh prosesinə təsir edəcək?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Rusiya ilə Ukrayna arasında atəşkəsin olacağı ilə bağlı hələ ortada yekun nəticə yoxdur". 

Bu sözləri “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, tərəflərin nə zaman yekun razılığa gələcəyi də bilinmir: 

"Sadəcə müəyyən ehtimallar var. Çünki həm Rusiya tərəfi tam olaraq atəşkəsi qəbul etmir, həm də Ukrayna tərəfi bununla bağlı müəyyən şərtlər irəli sürür. ABŞ isə onların hər ikisindən fərqli olaraq məsələyə öz maraqları çərçivəsində baxır". 

Ekspert Moskva ilə Kiyev arasında atəşkəsin imzalanmasının Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə təsir edib-etməyəcəyi ilə bağlı da danışıb: 

"Azərbaycan sülh müqaviləsi imzalamaq üçün konkret olaraq hansı addımların atılması ilə bağlı mövqeyini bildirib. Bu, daha çox Ermənistandan asılı olacaq. Rəsmi İrəvan sülh müqaviləsinin 17 bəndi ilə bağlı iki ölkə arasında razılıq əldə olunduğunu deyir, amma indiyə kimi referendumla bağlı addım atmayıb. Əslində, Ermənistan tərəfi ilk növbədə referenduma getməli və konstitusiyasını dəyişməlidir". 

Politoloq qeyd edib ki, Zəngəzur dəhlizi də artıq açılmalıdır: 

"Lakin qarşı tərəf bu məsələni də uzadır. Kritik məsələlər kağız üzərində həll oluna bilər, amma realda da əməli addımlar atılmalıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan şərtləri qəbul etdiyini deyə bilər, amma sabah onun yerinə gələcək başqa hakimiyyətin bunları qəbul etməmə ehtimalı da var. Çünki Ermənistan Konstitusiyasında faktiki olaraq hələ də Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Ona görə də Konstitusiya dəyişməlidir". 

Samir Hümbətovun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin gedişatı Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinə təsir etməyəcək: 

"Əgər bütün məsələlər Ermənistan tərəfindən praktiki olaraq həll olunsa, yekun nəticə əldə edə bilərik. Bu olacağı təqdirdə, Rusiya-Ukrayna müharibəsində atəşkəsin olması Bakı ilə İrəvan arasındakı proseslərə hansısa təsir göstərməyəcək. Düzdür, Rusiya hazırda atəşkəsin pozulması ilə Bakı və İrəvan arasında sülhün əldə olunmasına əngəl olmağa çalışır. Nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiyanın "beşinci kolon"u var. Ancaq Ermənistan sülh istiqamətində praktiki addım atmasa, onsuz da Rusiya-Ukrayna müharibəsinin dayanıb-dayanmaması proseslərə təsir etməyəcək". 

Elmir 
"Cebheinfo.az"

Açar sözlər: Rusiya-Ukrayna Azərbaycan Ermənistan sülh müqaviləsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Mart 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri