Ukraynada müharibə hələ bu qədər davam edəcək KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov bildirib ki, Kiyev hələ də müharibənin aktiv mərhələsinin 2026-cı il ərzində başa çatacağına ümid edir. Bununla yanaşı, o, danışıqların nəticəsiz qalacağı təqdirdə hərbi əməliyyatların uzun illər davam edə biləcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, Budanov bu fikirləri RBC-Ukrayna nəşrinə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, sülh prosesi dayanmayıb, sadəcə tempi zəifləyib.
Budanov hesab edir ki, aktiv döyüşlərin cari il ərzində başa çatması ehtimalı qalır, lakin yekun razılaşma əldə olunana qədər tərəflər yeni eskalasiya mərhələsindən keçə bilərlər.
Budanov vurğulayıb ki, Ukrayna ərazi güzəştlərinə getmək niyyətində deyil və ölkənin sərhədləri ilə bağlı məsələlərin kompromis mövzusu olmadığını bildirib.
Budanovun sözlərinə görə, Rusiya danışıqlar mövqeyi çərçivəsində nəzarətində olan ərazilərin beynəlxalq səviyyədə tanınmasına nail olmağa çalışır.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 İyul 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















