Icma.az
close
up
RU
Ukraynada müharibə nə zaman bitəcək? Süni intellektin cavabı məyus etdi

Ukraynada müharibə nə zaman bitəcək? Süni intellektin cavabı məyus etdi

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Ukraynada genişmiqyaslı müharibə artıq dördüncü ildir davam edir. İndiyədək onun yaxın vaxtlarda sona çatacağına dair real əsaslar görünmür. ABŞ-da prezident dəyişsə də — Donald Trampın yenidən hakimiyyətə gəlməsi belə vəziyyəti yaxşılaşdırmayıb.

Qaynarinfo xəbər verir ki, buna görə də UNIAN süni intellektə (Sİ) müraciət və ondan hazırkı vəziyyətə əsasən müharibənin nə zaman bitəcəyini proqnozlaşdırmasını istəyib.


Süni intellektin proqnozu – Müharibə nə vaxt bitəcək?

ChatGPT (GPT-4o modeli əsasında) 2025-ci ilin ortalarına dair faktlar və vəziyyətin analizi əsasında belə cavab verib:

"Döyüşlər ən azı 2025-ci ilin sonuna qədər, daha böyük ehtimalla isə 2026-cı ilə və ya daha sonrasına qədər davam edəcək”.

Sİ bildirir ki, sülh sazişi imzalansa belə, bu, yaxın vaxtlarda baş verməyəcək və bu sənəd Ukraynanın 1991-ci il sərhədlərinin bərpasını təmin etməyəcək.

Bu qənaətə gətirən əsaslar aşağıdakılardır:

Hərbi dinamika

Rusiya hələ bütün məqsədlərinə çatmasa da, əhəmiyyətli hücum potensialını qoruyur. Ukrayna isə Qərbin davam edən dəstəyinə baxmayaraq, sursat və canlı qüvvə çatışmazlığı yaşayır. 2023-cü ilin əks-hücum əməliyyatı strateji dönüş yaratmadı. Tərəflərin hərbi resursları tədricən və paralel şəkildə tükənir – bu isə uzunmüddətli və gücdən salan mövqe savaşının davam edəcəyini göstərir.


Tərəflərin siyasi iradəsi

Rusiya uzunmüddətli müharibəyə hazır olduğunu nümayiş etdirir – resursları səfərbər edir, hərbi sənayeni gücləndirir və ərazi məsələlərində güzəştə getmək niyyətində deyil. Ukrayna isə Krım və Donbas məsələlərində geri çəkilməyə siyasi və mənəvi cəhətdən hazır deyil.

Qərb isə Ukraynaya dəstəyi davam etdirsə də, müharibədən yorğunluq əlamətləri göstərir. Bu, Ukraynaya hələlik "fəaliyyət üçün pəncərə” yaratsa da, cəbhədə dönüş baş verməzsə, həmin pəncərə zamanla bağlana bilər.

Danışıqların olmaması

2025-ci ilin ortasına qədər səmərəli sülh prosesi yoxdur.

"Heç bir tərəf kompromisə hazır olduğuna dair siqnal vermir. Sülh formulları (Ukrayna və Rusiya versiyaları) bir-birinə ziddir: biri tam hərbi çıxışı, digəri işğal olunmuş ərazilərin tanınmasını tələb edir”, – deyə Sİ bildirir.

Çin, Türkiyə, Vatikan kimi üçüncü tərəf vasitəçilərinin təşəbbüsləri nəticə verməyib.


Qlobal vəziyyət

Dünya daha da sabit olmayan fazaya keçir: Asiya və Yaxın Şərqdə gərginlik artır, ABŞ və Aİ-də seçki prosesləri diqqəti yayındırır. NATO Rusiya ilə toqquşmaya hazırlığını artırsa da, Ukrayna müharibəsinə birbaşa müdaxilədən yayınır. Rusiya isə uzunmüddətli müharibə və Qərbin sabitliyinin pozulmasına ümid edir.


Alternativ senari

Sİ onu da vurğulayır ki, hadisələrin inkişafı qəfildən dəyişə bilər – əgər:

 Rusiyada daxili siyasi böhran baş versə;

 Ukrayna cəbhədə strateji dönüş yaratsa;

 Qərb və qlobal güclər diplomatik və iqtisadi təzyiqlə tərəfləri danışıqlara məcbur etsə.

Amma 2025-ci ilin ortasında bu şərtlərin heç biri gerçəkləşməyib.

Claude adlı Sİ-nin qiymətləndirməsi

Sonnet 4 modeli əsasında çalışan Claude Sİ hesab edir ki, 2025-2026-cı illər ərzində müharibə aktiv fazadan çıxaraq "dondurulmuş münaqişə” mərhələsinə keçə bilər.

"Tam tənzimləmə isə 5–10 il çəkə bilər və bunun üçün siyasi elitaların dəyişməsi və ya beynəlxalq şəraitin radikal dəyişməsi lazımdır. Əsas rol isə yeni ABŞ administrasiyasının mövqeyinə və tərəflərin real danışıqlara hazırlığına məxsusdur”.


Müharibənin dəqiq bitmə tarixi yoxdur

Sİ bildirir ki, dəqiq tarix göstərmək mümkün deyil, çünki "vəziyyət çox mürəkkəbdir” və "çoxsaylı faktorlardan asılıdır” – döyüşlərin gedişatı, beynəlxalq diplomatiya və tərəflərin mövqeləri daxil olmaqla.

Fərqli Sİ-lər təxmini olaraq 2025-ci ilin sonunu və ya 2026-cı ilin əvvəlini qeyd etsələr də, bu tarixlər yalnız ehtimallardır.

Beynəlxalq analitiklər də təsdiqləyirlər ki, passiv və qeyri-effektiv diplomatiya müharibəni daha illərlə uzada bilər.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyun 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see223

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see209

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see127

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see119

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

Ağstafada yol qəzası ölümlə nəticələndi

06 Avqust 2025 08:56see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see116

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

BDU da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06 Avqust 2025 10:18see110

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see110

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see110

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri