Icma.az
close
up
RU
Ukraynada müharibəni 24 saat ərzində bitirə bilərəm deyən Tramp digər ssenarini tətbiq edə bilər

Ukraynada müharibəni 24 saat ərzində bitirə bilərəm deyən Tramp digər ssenarini tətbiq edə bilər

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“Trampın siyasətində Rusiya-Ukrayna müharibəsinin bitməsi, atəşkəsin əldə olunması prioritetdir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Ekspertə görə, bu məsələ Trampın, o cümlədən ABŞ-nin siyasi imicini artırmaqla yanaşı, həm də seçkidə verilmiş vədlərə əməl edilməsi anlamına gəlir:

"Tramp Bayden administrasiyasını tənqid edir və bildirirdi ki, "cəmi bir neçə saata müharibəni bitirə bilər". Hətta deyirdi ki, hakimiyyətdə olsaydı, müharibə olmazdı. Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətlərinin bir neçə görüşü baş tutub. O cümlədən ABŞ və Ukrayna rəsmiləri arasında da görüşlər, müzakirələr aparılıb. Görüşlərdə müəyyən razılaşamalar da əldə olunub. Bu anlaşmalar müharibənin miqyası nəzərə alınanda cüzi görünsə də, mühüm irəliləyiş kimi qiymətləndirilə bilər. Enerji obyektlərinə hücumların təşkil edilməməsi ilə bağlı razılıq, Qara dəniz hövzəsində əməkdaşlıq, tədarük zəncirinin formalaşması, gəmilərin hərəkəti üçün silah tətbiq edilməməsi ilə bağlı anlaşma önəmlidir. Amma hərbi əməliyyatlar müstəvisində tamamilə başqa ssenarilər yaşanır. Rusiyanın müxtəlif qəsəbələri, kəndləri öz nəzarətinə almaq təşəbbüsləri, Ukraynanın təhlükəsizlik zəmanəti axtarışı, eləcə də ABŞ ilə nadir metalların istifadəsinə dair sazişin imzalanması məsələsi hələ açıq qalıb".

İlyas Hüseynov: Rusiyaya qarşı təkrar sanksiyalar Tramp-Putin münasibətlərini gərginləşdirə bilər

Analitik qeyd edib ki, hərbi əməliyyatların getdiyi dövrdə ABŞ-nin diplomatik səyləri nəticə verməzsə, Tramp digər ssenarini tətbiq edə bilər. Müsahibimiz hüsab edir ki, hər iki ölkəyə qarşı müxtəlif sanksiyalar, məhdudiyyətlər, beynəlxalq izolyasiya kimi tədbirlər görülər bilər. İ.Hüseynov bildirib ki, artıq bunun anonsu verilməkdədir:

“Halbuki, bundan öncə ABŞ-nin Venesuela neftindən imtina və Rusiya neftini alması ilə bağlı fikirlər var idi. O cümlədən Ukraynaya qarşı daha sərt münasibət nəticə etibarı ilə ABŞ və Avropa İttifaqı arasında gərginliyi dərinləşdirə bilər. Avropa İttifaqı Ukraynaya dəstəyi sonadək davam etdirəcəyini desə də, qitənin bütün ölkələri bu düşüncədə deyil. Aİ-nin əksər ölkələri Ukraynaya sülhməramlı göndərmək istəmir. Bununla Kremlin qəzəbinə tuş gələcəklərindən ehtiyatlanırlar. Bu da Avropa daxilində vahid fikrin olmadığını göstərir. Rusiyaya qarşı təkrar sanksiyaların qəbul olunması da Tramp-Putin münasibətlərini gərginləşdirə bilər".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsində hər iki tərəfin bəyanatlarından narazıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib. O deyib ki, Tramp Rusiya və Ukrayna arasında sülh razılaşması əldə etmək üçün inanılmaz dərəcədə çalışır:

"Tramp münaqişənin hər iki tərəfinin liderlərinin bəyanatlarından narazı olduğunu bildirib. O bu münaqişəyə son qoymaq üçün çox çalışmaqda davam edir".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Vladimir Zelenskinin onun liderliyindəki etimadını tənqid etməsindən “çox qəzəbləndiyini” deyib. Tramp əlavə edib ki, Ukraynada axan qanı dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsə, Rusiyadan gələn bütün neftə ikinci dərəcəli tariflər tətbiq edəcək. Tramp deyib ki, bu, o deməkdir ki, Rusiyadan neft alsanız, ABŞ-də biznes apara bilməyəcəksiniz. Bütün neftə 25%-dən 50%-ə qədər rüsum tətbiq olunacaq. Ağ Ev rəhbəri əlavə edib ki, atəşkəs razılaşması olmadan bir ay ərzində Rusiyaya tariflər tətbiq olunacaq.

Eyni zamanda, ABŞ prezidenti Putinlə “çox yaxşı münasibəti” olduğunu bir daha təkrarlayıb və bildirib ki, “qəzəb tez dağılır... əgər düzgün işlər görürsə”. Tramp Ukraynaya da xəbərdarlıq edib. Bildirib ki, V.Zelenski ABŞ və Ukrayna arasında nadir torpaq mineralları ilə bağlı sazişindən uzaqlaşmağa çalışır: “O, nadir torpaq mineralları sazişindən uzaqlaşmağa çalışır. Bunu etsə, böyük problemləri olacaq”.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Aprel 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri