Ukraynada qadınların hərbi səfərbərliyi təklif olundu
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Nazirlər Kabinetinin saytında övladı olmayan qadınların hərbi səfərbərliyə cəlb edilməsi təklifi ilə petisiya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RBC-Ukraine” məlumat yayıb.
Məlumata görə, avqustun 10-da qeydiyyata alınan təşəbbüsün müəllifi sağlamlıq imkanları çatmayanlar və möhlət hüququ olanlar istisna olmaqla, uşağı olmayan əmək qabiliyyətli qadınların hərbi mükəlləfiyyətə cəlb olunmasını təklif edib.
Təşəbbüs müəllifi öz təklifini “vətəndaşların qanun qarşısında bərabərliyi prinsipi və müharibə dövründə vəzifələrin ədalətli bölgüsü ehtiyacı” ilə əsaslandırıb.
Lakin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasıyanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko qadınların səfərbərliyə alınması ehtimalını qətiyyətlə təkzib edib:
“Heç bir qadın səfərbərliyi planlaşdırılmır, həmçinin üç uşaq atası olan şəxslərlə bağlı da heç bir dəyişiklik nəzərdə tutulmur. Cəfəngiyat yaymağı dayandırın”.
Xatırladaq ki, avqustun əvvəlində Ukrayna hökumətinin saytında üç və ya daha çox övladı olan atalara səfərbərlikdən verilən avtomatik möhlət hüququnun ləğv edilməsi ilə bağlı da petisiya yerləşdirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 10 Avqust 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















