Ukraynada qətliam törədən rus zabit öldürüldü
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Oktyabrın 25-də Ukrayna Baş Kəşfiyyat İdarəsinin keçirdiyi əməliyyat nəticəsində müharibə cinayətlərində iştirak edən 45 yaşlı rusiyalı zabit Venyamin Mazjerin öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.
“Rusiya OMON-unun polkovnik-leytenantı Mazjerin Rusiya Milli Qvardiyasının “Obereq” xüsusi təyinatlı dəstəsinin tərkibində Kiyev bölgəsinə hücumda iştirak edib. Bu xüsusi təyinatlı dəstə 2022-ci ilin fevral-mart aylarında Buça və Kiyev bölgəsinin digər şəhərlərində müharibə cinayətləri və soyqırımda iştirak edib”, - məlumatda qeyd olunub.
Məlumata görə, Venyamin Mazjerinin idarə etdiyi avtomobil oktyabrın 25-də Kemerovo vilayətində partladılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 29 Oktyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















