Icma.az
close
up
RU
Ukraynada “QRU“ “killeri“ öldürüldü... Onunla əlbir olanlar yaxalandı... FOTO

Ukraynada “QRU“ “killeri“ öldürüldü... Onunla əlbir olanlar yaxalandı... FOTO

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hərbi əks-kəşfiyyat zabitləri Rusiya təcavüzkarlarının Ukraynada bir sıra sifarişli qətllər törətmək üçün yeni cəhdlərinin qarşısını alıblar. 

Moderator.az  "Korrespondent" nəşrinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) çərşənbə axşamı, 24 mart tarixində məlumat yayıb.

"UTX rəisinin birinci müavini Aleksandr Poklad tərəfindən şəxsən koordinə edilən xüsusi əməliyyat nəticəsində Rusiya  Ordusunda Baş Hərbi Kəşfiyyat İdarəsinin  (BKİ-"QRU") gizli qrupu zərərsizləşdirilib və silahla müqavimət göstərən qatil("killer") məhv edilib. Qrupun 10-dan çox üzvü saxlanılıb", - deyə açıqlamada bildirilir.

İstintaqa görə, şübhəlilər Ukraynanın müxtəlif bölgələrində yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd planı hazırlayıblar. Onların arasında Müdafiə nazirinin müşaviri və könüllü Sergey Sternenko, eləcə də 2014-cü ildən bəri Ukrayna uğrunda döyüşən Rusiya vətəndaşı İlya Boqdanov da var.

Cinayətkarlar hərbi qulluqçuların və ictimai xadimlərin ünvanlarını və səyahət marşrutlarını izləyiblər, sonra toplanmış məlumatları qrupun lideri olan rezidentə göndəriblər.

UTX bildirib ki, "O, Rusiya "QRU" tərəfindən işə götürülmüş Poltavadan olan məhkəmə eksperti olub və kəşfiyyat məlumatlarını toplayaraq Rusiya xüsusi xidmət orqanlarına hesabat verib".

Potensial qurbanların məlumatları daha sonra ləğvedici agentə ötürülüb. Qatil əslində Donetsk vilayətinin müvəqqəti işğal olunmuş hissəsindən olub. Orada "QRU" bazasında döyüş təlimi keçib və sonradan Ukraynanın nəzarətində olan əraziyə köçürülüb.

"Müəyyən edilib ki, o, əldəqayırma partlayıcı qurğular hazırlayıb onları qurbanlarının maşınlarının altına və ya evlərinin yaxınlığında yerləşdirib. Qatil "uğursuz" partlayış baş verəcəyi halda rusiyalı kuratorundan  qurbanları birbaşa güllələmək üçün təlimat alıb", - deyə açıqlamada bildirilir.

Axtarışlar zamanı şübhəlilərdən odlu silahlar, sursatlar, diktofonlar, kompüter avadanlığı və  video-müşahidə kameraları müsadirə edilib ki, bunların hamısı onların Rusiya xüsusi xidmət orqanlarında işlədiklərini sübut edir.

"Əməliyyatın uğuru əsasən düşmən sıralarına sızılması və Poltava vilayətindəki Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat zabitlərinin fəal işi, eləcə də müvəqqəti işğal olunmuş ərazidə bir sıra operativ və döyüş əməliyyatları sayəsində əldə edilib. Təhlükəsizlik Xidmətinin mənbələri hökumətin nəzarətində olan ərazidə yerləşdirilib və təhlükəsizdir", - deyə Təhlükəsizlik Xidməti vurğulayıb.

Saxlanılanlar Ukrayna Cinayət Məcəlləsinin beş maddəsi ilə, o cümlədən hərbi vəziyyət altında olan bir qrup şəxs tərəfindən əvvəlcədən sui-qəsd yolu ilə törədilmiş dövlətə xəyanətdə (28-ci maddənin 2-ci hissəsi, 111-ci maddənin 2-ci hissəsi) şübhəli bilinirlər. Onları əmlakları müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyir.

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Mart 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri