Icma.az
close
up
RU
Ukraynada savaşın görünməyən qəhrəmanı: 18 mindən çox cəsədi DNT metodu ilə araşdırmışam

Ukraynada savaşın görünməyən qəhrəmanı: 18 mindən çox cəsədi DNT metodu ilə araşdırmışam

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"DNT bazası üzrə Ali Radada qəbul olunan qanun layihəsini mən hazırlayıb göndərmişəm. 2022-ci ildə müharibə başlayandan sonra bizim işimiz daha da artdı, məsuliyyət çoxaldı".

Bunu Ukrayna Daxili İşlər Nazirliyinin Dövlət Ekspertiza-Kriminalistik Mərkəzinin direktor müavini, ekspertiza xidmətinin rəhbəri Ruslan Abbasov Baku TV-yə müsahibəsində deyib.

O, Rusiya-Ukrayna savaşı və gördüyü işlə bağlı başqa faktları da açıqlayıb:

"Konkret işimiz meyitlərin və yaxud meyit parçalarının şəxsiyyətinin DNT üzrə müəyyənləşdirilməsidir. Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və bütün hüquq-mühafizə orqanları həm tanınmayan cəsədlərin, həm də yaxın qohumlarının DNT profilini bizə göndərir. Müharibə dövründə də müraciətlər kütləvi haldadır. Əsas vəzifəmiz müharibə ilə bağlı cinayətlərin sənədləşdirilməsidir. Rusiya-Ukrayna savaşında tanınmayan hala düşən cəsədlərin identifikasiyası ilə də məşğuluq. Yəni təkcə DNT ekspertizaları aparmırıq. Xidmətimiz 77-dən çox məhkəmə ekspertizası növünü təmin edir".

Onun sözlərinə görə, ekspertiza xidmətinə əsasən Xarkov, Xerson, Luqansk və Donetsk istiqamətlərində ölən insanların meyitləri daxil olur. Çünki gərgin döyüşlər həmin ərazidə gedir.

"18 mindən çox tanınmayan cəsədi DNT metodu ilə araşdırmışam. 10 mindən çoxunun artıq uyğunluğu var, yəni şəxsiyyəti müəyyən edilib. İşimiz psixoloji olaraq da çox çətindir. Çünki insanların tanınmaz halda ölən yaxınlarını bədən hissəsi ilə tutuşdurub, müəyyən edib onlara sübut etmək hədsiz məsuliyyət tələb edir. Bu işdə inamsızlıq, anlaşılmazlıq fəsadlara səbəb ola bilər. Biz də buna yol verməməliyik", - deyə R.Abbasov bildirib.

Ətraflı süjetdə:

Ukraynada savaşın görünməyən qəhrəmanı: "18 mindən çox cəsədi DNT metodu ilə araşdırmışam"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Aprel 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see250

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see243

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see238

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see194

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see181

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see173

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see152

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see143

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see133

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see120

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see120

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri