Icma.az
close
up
RU
Ukraynada SEÇKİ HAZIRLIĞI Timoşenko yenidən hakimiyyətə QAYIDIR?

Ukraynada SEÇKİ HAZIRLIĞI Timoşenko yenidən hakimiyyətə QAYIDIR?

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna prezidenti Vladimir Zelenski prezident seçkilərində yenidən namizəd olacağını bildirib. Bu barədə Ukraynanın "Telegraf" nəşri məlumat yayıb. Bu il ərzində ölkədə eyni tarixdə prezident və parlament seçkilərinin keçiriləcəyi gözlənilir.
Artıq siyasi qüvvələr seçkilərlə bağlı hazırlıq işlərinə başlayıb. Sabiq baş nazir Yuliya Timoşenko, sabiq Prezident Petro Poroşenko və Kiyev meri Vitali Kliçkonun prezident seçkilərində namizəd ola biləcəyilə bağlı proqnozlar da səsləndirilir.
 

MÖVZU İLƏ BAĞLI:
Zelenski ikinci dəfə prezidentliyə namizəd olacaq – KİV


Görəsən, Qərb və xalq Zelenskiyə yenidən etimad göstərəcəkmi? Yoxsa Timoşenko, yaxud Poroşenko hakimiyyətə qayıdacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasov düşünür ki, Zelenskinin növbəti dəfə Ukrayna prezidenti olmaq şansı yoxdur:
“Ukraynada vəziyyət ağır olaraq qalır. Ölkənin ictimai-siyasi vəziyyəti son dərəcədə qeyri-müəyyən, gərgin vəziyyətdədir. Belə olan halda Zelenskinin xalq qarşısında geniş nüfuza malik olduğunu düşünmürəm. Ara-sıra Ukrayna ordusunun hücuma keçməsi heç də Kiyevin hər hansı bir məqamda strateji üstünlük əldə etməsi anlamına gəlmir. Bu hücumlar epizodik xarakter daşıyır, məsələyə sistemli yanaşma yoxdur.
Üstünlük Rusiyanın tərəfindədir. Onun potensialı daha böyükdür. Ukraynanın imkanları isə getdikcə tükənir. Ona görə də o balansı dəyişə bilməyəcək. Bu tükənmə ilə bərabər Zelenskinin nüfuzu da aşağı düşür. Onun populyarlığı çox aşağı səviyyədədir. O, getdikcə daha çox insanın qəzəbinə tuş gəlir. Valideynlər, düşüncə sahibləri müharibəni nə zaman bitirəcəyilə bağlı ona sual verirlər. O, isə bu suala cavab verə bilmir, yaxud da vermək istəmir.
Bu səbəbdən Zelenskinin bundan sonra yenidən seçkilərə qatılmaq imkanlarını yüksək qiymətləndirmirəm. Həmin məqama görə də müharibənin uzanması Zelenskinin özünə də sərf edir. Belədə o, daha böyük qəzəbə tuş gəlir”.

“Məğlubiyyətin günahı Zelenskinin üzərindədir”
Həmsöhbətimiz deyir ki, Ukraynada prezident seçkiləri sülhün bərqərar olmasından sonra baş verəcək:
“Kiyev əldən gedən əraziləri qaytara bilməyəcək. Ukrayna böyük bir ərazini itirib. Bu isə heç bir dövlət rəhbərinə başucalığı gətirmir. Məğlubiyyətin günahı da Zelenskinin üzərində qalacaq. Zelenski Ukraynanın növbəti prezidenti ola bilməyəcək”.
Həmin posta kimim gələcəyinə gəldikdə isə, ekspert qeyd edir ki, bu oliqarxlara bağlı şəxs ola bilər:
“Bu posta kimin gələcəyini gələcək göstərəcək. Ukrayna hər zaman maliyyə-sənaye qruplarından ibarət oliqarxlar tərəfindən idarə olunub. Onlar indi də vəziyyətə nüfuz etmək imkanındadırlar. Ona görə də dövlət başçısı postuna gələn növbəti şəxs ilk növbədə oliqarxların təsirini azaltmaq üçün onlarla dil tapmalıdır”.
Qeyd edək ki, Yuliya Timoşenko 2007-2010-cu illərdə Ukraynanın Baş naziri vəzifəsini icra edib. O, 2010-cu il seçkilərində prezidentliyə namizədliyini irəli sürsə də, Viktor Yanukoviçə məğlub olub. 2009-cu ildə Rusiya ilə imzalanan qaz müqaviləsinin qanunazidd olması ittihamı ilə Timoşeno 2011-ci ildə 7 illik həbs cəzasına məhkum edilib. Lakin 2014-cü ildə vaxtından əvvəl azadlığa buraxılıb.
Petro Poroşenko isə 2014-2019-cu illərdə Ukraynanın Prezidenti olub. O, dünyaca məşhur şokolad firması olan “Roshen”in sahibidir. 1,4 milyard sərvəti olan Poroşenko Ukraynanın ən zəngin iş adamlarından biridir.
Rüfət Sultan, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Yanvar 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri