Ukraynada səfərbərlik böhranı: Zelenski müdafiə nazirliyinə təcili islahat tapşırdı
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski səfərbərlik prosesində əsaslı islahatlara ehtiyac olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə yeni müdafiə naziri Mixaylo Fedorovla görüşdən sonra Teleqram kanalında paylaşım edib.
Zelenskinin sözlərinə görə, dəyişikliklər həm Ukraynanın Müdafiə və Təhlükəsizlik Qüvvələrinin fəaliyyətini gücləndirməli, həm də ölkədəki iqtisadi proseslərə müsbət təsir göstərməlidir.
Prezident qeyd edib ki, Fedorov ərazi işə qəbul mərkəzləri (TRC) ilə bağlı yığılıb qalan problemlərin həlli üçün konkret təkliflər irəli sürməlidir.
Xatırladaq ki, daha əvvəl yayılan məlumatlara əsasən, 2025-ci ildə Ukrayna Silahlı Qüvvələrindən 200 mindən çox hərbçi fərarilik edib. Yanvarın 13-də isə hərbi xidmətdən yayınan ukraynalı kişilər arasında Belarus istiqamətinin populyarlaşdığı bildirilmişdi.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 14 Yanvar 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















