Ukraynada siyasətçini qətlə yetirən şəxs saxlanıldı
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Ali Radasının keçmiş spikeri Andriy Parubiyi qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan şəxs ifadə verməyə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.
"Şübhəlinin ilk ifadəsi var. Hazırda bu qətlin bütün hallarının müəyyən edilməsi üçün növbəti təxirəsalınmaz istintaq hərəkətləri aparılır", - Zelenski qeyd edib.
Ukraynanın baş prokuroru Ruslan Kravçenko Zelenskiyə istintaqın gedişi barədə məlumat verib. Bundan əvvəl Zelenski Parubiyin qətlində şübhəli bilinən şəxsin həbs edildiyini açıqlamışdı. Avqustun 30-da Lvovda Ali Radanın keçmiş spikeri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Andriy Parubiy öldürülüb. Qatil siyasətçini küçədə gözləyib, ona bir neçə dəfə atəş açıb, sonra isə qaçıb. Parubiy həkimlər gələnə qədər dünyasını dəyişib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 01 Sentyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















