Icma.az
close
up
RU
Ukraynada son 2 həftədə itkin düşən və ölən həmyerlilərimiz... FOTO

Ukraynada son 2 həftədə itkin düşən və ölən həmyerlilərimiz... FOTO

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıların həlak olması və itkin düşməsi ilə bağlı məlumatların sayı artmaqda davam edir. 

Modern.az xəbər verir ki, dekabrın 13-dən etibarən müxtəlif döyüş istiqamətlərində iştirak edən daha bir neçə azərbaycanlı həlak olub və ya itkin düşüb. Onlardan 12-si Rusiya tərəfində, 1-i isə Ukrayna ordusunun tərkibində vuruşub.

Əslən azərbaycanlı, 1988-ci il təvəllüdlü Bayramov Xanlar Bayram oğlu 3 may 2025-ci il tarixindən etibarən Ukraynada gedən döyüşlər zamanı itkin düşüb. O, Rusiya Silahlı Qüvvələrinin 91701 nömrəli hərbi hissəsinin 2-ci taboru, 6-cı bölüyü, 4-cü tağımında xidmət edib. Xanlar Bayramov əslən Gürcüstan azərbaycanlısıdır, Gürcüstan Respublikasının Bolnisi rayonunun Darvaz kəndində anadan olub. Rusiya Federasiyasının vətəndaşı olan hərbçi Luqansk vilayətinin Novomixaylovka istiqamətində itkin düşüb.

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Yasin Cəfərov Ukraynada gedən döyüşlərdə Rusiya tərəfdən vuruşarkən həlak olub. Məlumata görə, sentyabrın 22-dən etibarən onunla əlaqə kəsilmişdi. Dekabrın 13-də Yasin Cəfərovun nəşi tapılıb, dekabrın 16-da isə cənazəsi Gəncə şəhərinə gətirilərək dəfn edilib. Mərhum Rusiya vətəndaşı olub, əslən Kəlbəcər rayonundandır. Onun bir oğlu yadigar qalıb.

Goranboy rayon sakini Kərimov Dilsuz Həqverdi oğlu Rusiya–Ukrayna müharibəsində həlak olan daha bir həmyerlimizdir. O, Rusiya Müdafiə Nazirliyinin tərkibində hərbi əməliyyatlarda iştirak edib və ölümündən sonra Rusiya prezidenti Vladimir Putin tərəfindən “İgidliyə görə” (“Orden Mujstva”) ordeni ilə təltif olunub.

Qazax rayonunun Quşçu Ayrım kənd sakini Məmmədov Sənani Əziz oğlu Ukraynada gedən döyüşlərdə itkin düşüb. O, Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qatılıb.

Sumqayıt şəhər sakini Musayev Əfqan Sahabin oğlu da Ukraynada gedən müharibədə itkin düşüb. O, Rusiya Silahlı Qüvvələrinin tərkibində xidmət edib. Ailəsi onunla bağlı uzun müddətdir məlumat ala bilmir. Yaxınlarının bildirdiyinə görə, sonuncu dəfə ailəsi ilə əlaqə saxlayarkən Kamensk-Şaxtinski istiqamətində olduğunu deyib.

Ukraynada gedən döyüşlərdə əslən azərbaycanlı Qafarov Davud Xanağa oğlu da itkin düşüb. O, Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib. Ailəsi dekabr ayından etibarən ondan xəbər ala bilmir.

Neftçala rayon sakini Axundov Şəhriyar Yaşar oğlu da Ukraynada gedən müharibədə itkin düşənlər sırasındadır. Məlumata görə, o, həbsxanadan azad edildikdən sonra Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynaya göndərilib.

Qasımov Samir Rasim oğlu isə müharibədə Ukraynanın azadlığı və suverenliyi uğrunda döyüşlərdə həlak olub. Döyüşlərdə fərqləndiyinə görə o, Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən “Ukraynanın Müdafiəsi” medalı ilə təltif edilib. Samir Qasımovun Mukaçevo şəhərində dəfn olunacağı bildirilir.

Digər bir azərbaycanlı, Xaçmaz rayon sakini Məmmədov Rafiq Aydın oğlu Ukraynada gedən döyüşlərdə həlak olub. O, Rusiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən “Axmat Spetsnaz” bölməsində xidmət edib.

Həmçinin Cəlilabad rayon sakini Mirismayılzadə Elnur Aydın oğlunun da döyüşlər zamanı həyatını itirdiyi qeyd olunur. O, Rusiya Müdafiə Nazirliyinin “Axmat Sever” hərbi birləşməsinin tərkibində döyüşüb.

Bundan başqa, Lənkəran rayonu Xanbulan kənd sakini Cabbarov Anar Nurməmməd oğlunun Rusiya tərəfdən döyüşlərdə iştirak etdiyi və 4 aydır itkin düşdüyü bildirilir. Məlumata görə, o, sonuncu dəfə dörd ay əvvəl ailəsi ilə əlaqə saxlayıb, bundan sonra onunla əlaqə kəsilib.

Sumqayıt şəhər sakini Abbasov Bəhlul Zülfüqar oğlunun da Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə itkin düşdüyü qeyd olunur. Son məlumatlara görə, o, Çasov Yar istiqamətində gedən döyüşlərdə iştirak edib.

Bununla yanaşı, 44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi olmuş, göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlunun Ukraynada gedən müharibədə həlak olduğu bildirilir. Məlumata görə, o, Azərbaycan Ordusundan ehtiyata buraxıldıqdan sonra Rusiyaya gedib və Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən döyüşlərdə iştirak edib. 

Xatırladaq ki, Modern.az bundan əvvəl də, Rusiya-Ukrayna müharibəsində itkin düşən və ölən həmyerlilərimizlə bağlı yazı dərc etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Dekabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri