Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

“Ukraynadakı müharibə Putin imperiyasını ayaqda saxlayan mifləri dağıdıb“ “The Hill“

“Ukraynadakı müharibə Putin imperiyasını ayaqda saxlayan mifləri dağıdıb“ “The Hill“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rusiyanı imperiya düşüncəsindən xilas etməyin yeganə yolu onun açıq-aşkar məğlubiyyətidir..."

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi artıq üç ildir ki, davam edir. Lakin bu müharibə, əslində, 2014-cü ildəki separatçı hadisələrə haqq qazandırmaq üçün Donbasda "ukraynalıların vəhşilikləri" ilə bağlı mənasız uydurmalarla başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.

Məqalə müəllifi, Amsterdam Universitetinin akademik direktoru Endryu Çahoyan qeyd edir ki, o, hələ də sanki dəhşətli bir nağıl kimi rusların "alt paltarında çarmıxa çəkilmiş uşaq" haqqında uydurmasını xatırlayır. Bu açıq-aşkar yalan olsa da, Rusiyada çoxları üçün həqiqət kimi görünə bilər.

Rus qüvvələri "yerli üsyançılar" kimi maskalanaraq Ukraynanın şərqində əraziləri ələ keçiririb. Eyni zamanda, Rusiya dövlət televiziyası bu yalanları milyonlarla tamaşaçıya ötürüb. Çahoyanın fikrincə, bu, sadəcə, təbliğat olmayıb, Rusiya cəmiyyəti, elitalar və dövlət strukturlarında müstəmləkə düşüncəsinin nə qədər dərinə işlədiyini göstərib.

"Rusiya ortaq dəyərlər və inanc üzərində qurulmuş bir ölkə deyil. O, güclə birləşdirilmiş, yalanlarla bərkidilmiş və yad mədəniyyət, tarix və incəsənətin oğurlanması ilə zənginləşdirilmiş bir imperiyadır."

Bəli, keçmişdə bir çox dövlətlər fəthlərə və mədəni mənimsəməyə əl atıb, lakin bu, Rusiyanın Ukraynanı məhv etməyə cəhd göstərməsinə haqq qazandırmır.

2021-ci ildə Vladimir Putin Ukraynanın bir xalq və mədəniyyət kimi mövcudluğunu inkar edən məqalə yazıb. O, ukraynalılar və rusları "bir xalq" adlandıraraq çarların və sovet liderlərinin ritorikasını təkrarlayıb. Lakin bu, birlik çağırışı yox, açıq təhdid olub: ya ukraynalılar özlərini rus kimi qəbul edir, ya da məhv edilirlər.

Rusiya dəfələrlə imperya ambisiyalarından imtina etmək fürsəti əldə edib. Lakin Krım müharibəsində, Yaponiya ilə müharibədə və SSRİ-nin Əfqanıstandakı məğlubiyyətindən sonra da Moskva müstəmləkə düşüncəsindən əl çəkməyib.

***

Moskvanın yüksəlişi və "imperiya xəstəliyi"

Tarixən Moskva Qızıl Ordaya xidmət edərək və vergi yığaraq yüksəlib. O zaman artıq Kiyev 600 ildən çoxdur ki, mədəni və siyasi mərkəz olub. 1547-ci ildə IV İvan Qroznı özünü "bütün Rusiyanın çarı" elan edərək Kiyev Rusiyasının mirasına sahiblənməyə çalışıb. Lakin Avropa uzun müddət bunu tanımayıb və həmin dövrün xəritələrində bu dövlət "Moskoviya" kimi göstərilib.

Rus imperiyası həmişə zorakılıq və repressiya üzərində qurulub. Kreml öz xalqına gələcək təklif edə bilmir, ona görə də onları qorxu və təbliğatla idarə edir. Müasir Rusiya hələ də regionlarına öz müstəmləkələri kimi baxır, onların resurslarını talan edir, vətəndaşları isə bunu normal qəbul edir.

Qərb tez-tez problemi yalnız Putində görür, guya, o, bir tirandır və nə vaxtsa onu başqası əvəz edəcək. Lakin Çahoyan bunun yanlış fikir olduğunu bildirir. Putin istisna deyil, əksinə, Rusiyanın siyasi sisteminin məntiqi nəticəsidir.

Dünyada bir çoxları rusları "dövlət təbliğatının qurbanı" kimi qəbul edir. Ancaq Rusiya cəmiyyətində Ukraynaya qarşı müharibə geniş dəstək tapır. "Rusiyanın müharibəsi" adlı kitabın müəllifi Ceyd MakQlinn yazır ki, Putin ruslara öz baxışlarını zorla qəbul etdirmir, o, sadəcə, onların artıq inandıqlarını dilə gətirir.

Çahoyanın fikrincə, Rusiya cəmiyyəti komplekslər və qeyri-müəyyənliklə doludur. Onlar daxildə repressiyalara dözür, xaricdə isə varlıqlarını işğallar vasitəsilə əsaslandırmağa çalışır. Bu, onların genetik xüsusiyyəti deyil, əksinə, zorakılığın təkrar istehsal etdiyi yalançı bir dövrdür: başqalarına ağrı verərək, ruslar öz alçaldılmalarını unutmağa çalışır.

"Bu gün Ukraynanın mübarizəsi təkcə ərazi uğrunda deyil. Bu, tarixi ədalət uğrunda döyüşdür. Alt paltarında heç bir uşaq çarmıxa çəkilməyib və ruslar bunu dərk etməli olacaq. Moskvanın Ukraynaya qarşı müharibəsi Rusiyanın ayaqda qalmasını təmin edən mifləri dağıdıb. Rusiyanı imperiya düşüncəsindən xilas etməyin yeganə yolu onun açıq-aşkar məğlubiyyətidir", - müəllif qeyd edib.

"Dəməşq Moskvanın təkliflərini təkəbbürlə rədd edib" - "Bloomberg" "Suriya xalqının etimadının bərpası konkret addımlar-kompensasiyalar, yenidənqurma və bərpa tələb edir..." Suriyanın yeni hakimiyyətinin nümayəndələri Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiya rəsmiləri ilə ilk danışıqlarda "kompensasiyalar" və "keçmiş səhvlərin düzəldilməsi" məsələsini qaldırıb. Moderator.az xəbər verir ki, "Bloomberg" agentliyi xəbər verir. Ötən gün Rusiyanın yüksək səviyyəli nümayəndə heyəti Dəməşqə gəlib. Onların arasında Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, həmçinin Birləşmiş Taxıl Şirkəti və "STQ Engineering" şirkətinin təmsilçiləri olub. Rusiya nümayəndə heyətinin əsas məqsədi Suriyadakı iki iri hərbi bazası olan Tartus dəniz limanı və Latakiyaya yaxın Hmeymim aviabazasının Rusiyanın nəzarətində qalması üçün razılığa gəlmək olub. Dəməşqin rəsmi hesabatında vurğulanır ki, "Suriya xalqının etimadının bərpası konkret addımlar-kompensasiyalar, yenidənqurma və bərpa" tələb edir. Bununla belə, kompensasiyaların məbləği və ya forması dəqiqləşdirilməyib. "Münasibətlərin bərpası üçün keçmiş səhvləri düzəltmək, Suriya xalqının iradəsinə hörmət etmək və onun maraqlarına xidmət etmək lazımdır", - Suriyanın yeni hakimiyyətinin bəyanatında qeyd olunur. Bəyanatda həmçinin Əsəd rejiminin qurbanları üçün "ədalət" tələb edildiyi bildirilir. Lakin bu ədalətin konkret nədən ibarət olduğu, xüsusilə maddi kompensasiyalar nəzərdə tutulubsa, hansı məbləğdə olduğu açıqlanmayıb. Həmçinin bəyanatda Rusiyanın Suriya ərazisində qalmasına həyati əhəmiyyət verən hərbi bazalar- Tartus və Hmeymim haqqında heç bir qeyd yoxdur. Danışıqların nəticələri: "Vəziyyət mürəkkəbdir" Danışıqlardan sonra rusiyalı diplomat Mixail Boqdanov Rusiya mediasına müsahibəsində "vəziyyətin mürəkkəb olduğunu" etiraf edib. "Rusiyanın Suriyadakı hərbi bazalarının gələcək taleyi əlavə məsləhətləşmələr tələb edir və tərəflər bu mövzuda dialoqu davam etdirmək barədə razılığa gəliblər", - Boqdanov bildirib. O, əlavə edib ki, Rusiya "son həftələrdə baş verən hadisələr nəticəsində nə öz vətəndaşlarına, nə də obyektlərinə zərər dəymədiyi üçün minnətdardır və ümid edir ki, bu yanaşma davam edəcək". "Rusiya bazaları ilə bağlı hələlik heç nə dəyişməyib, bu məsələ əlavə danışıqlar tələb edir. Biz əməkdaşlığımızın bütün sahələri üzrə daha dərin məsləhətləşmələrin aparılmasına dair razılığa gəldik", - Rusiya nümayəndə heyətinin rəhbəri vurğulayıb. Tartus və Hmeymim bazaları Rusiyanın Yaxın Şərqdəki hərbi gücünün əsas dayaq nöqtələridir. Tartus Aralıq dənizindəki logistikanı təmin edir, Hmeymim isə Afrikada hərbi əməliyyatlar üçün tramplin rolunu oynayır. Ekspertlər bildirir ki, bu bazaların itirilməsi Moskva üçün ağır zərbə olar. Dekabr ayında Əhməd əş-Şaraa bildirib ki, Suriyanın yeni hakimiyyəti bütün ölkələrlə yaxşı münasibətləri qorumağa çalışacaq. Həmin vaxt o, Rusiyanın Suriyanı tərk etməyəcəyini açıq şəkildə ifadə edib. Lakin yanvarın 19-da Suriyanın yeni administrasiyası Rusiyadan, İrandan və İsraildən malların idxalını qadağan edib və bu ölkələrdən gələn məhsulların müsadirə olunacağını elan edib. Türkiyə Moskvanı sıxışdırır Rusiyanın Suriyadakı ənənəvi rəqibi olan Türkiyə öz təsirini gücləndirməkdədir. İki türk rəsmisi bildirib ki, Suriyanın yeni rəhbərliyi Rusiya hərbi bazalarının qalmasına razı olmayacaq, çünki Rusiya Hərbi- Kosmik Qüvvələri vətəndaş müharibəsi zamanı müxalifət mövqelərinə ağır zərbələr endirib. Bundan başqa, Ankara Dəməşqə hərbi dəstək- silah tədarükü və təlimlər təklif edib. Türkiyə belə bir dəstəyin zəruri olduğunu vurğulayıb, çünki Əsəd rejiminin süqutundan sonra Suriyanın hərbi potensialı İsrailin hava hücumları nəticəsində ciddi zəifləyib. Yanvarın 23-də Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb. Moskva və Ankara "Suriya məsələsində və digər regional problemlərlə bağlı yaxın əlaqələri qorumaq barədə" razılığa gəlib. Yanvarın 28-də "Azadlıq Radiosu"nun araşdırmaçı jurnalistləri Tartus limanının peyk görüntülərini təhlil edib. Yüksək keyfiyyətli peyk şəkilləri Rusiyanın Suriyadan hərbi texnikasını çıxardığını təsdiqləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Yanvar 2025 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri