Ukraynadakı xarici obyektlər qanuni döyüş hədəfi hesab ediləcək Zaxarova
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya xəbərdarlıq edir ki, Qərb hərbi birləşmələrinin, hərbi obyektlərinin və digər infrastrukturlarının Ukraynada yerləşdirilməsi dərhal təhlükəsizlik təhdidi yaradan müdaxilə hesab ediləcək və onlar Rusiya silahlı qüvvələrinin qanuni hədəflərinə çevriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Zelenski ilə müvafiq üçtərəfli bəyanat imzalayan Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makronun izahatlarına görə, atəşkəsdən sonra London və Paris Ukraynada öz hərbi bazalarını yaratmağı və orada silah və hərbi texnika üçün saxlama yerləri tikməyi planlaşdırırlar", - deyə diplomat qeyd edib.
O, Qərb ölkələrinin hərbi hissələrinin, hərbi obyektlərinin, anbarlarının və digər infrastrukturlarının Ukrayna ərazisində yerləşdirilməsinin xarici müdaxilə hesab ediləcəyini və bunun təkcə Rusiyanın deyil, həm də digər Avropa ölkələrinin təhlükəsizliyinə birbaşa təhdid yaradacağını vurğulayıb: "Bütün bu cür bölmələr və obyektlər Rusiya silahlı qüvvələrinin qanuni döyüş hədəfləri hesab ediləcək. Bu xəbərdarlıqlar dəfələrlə ən yüksək səviyyədə səsləndirilib və aktuallığını qoruyub saxlayır".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 08 Yanvar 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















