Ukraynadan Krım mesajı: “100 faiz zərbə zonasındadır”
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Krım yarımadasının 100 faizinin Ukrayna ordusunun zərbə zonasına daxil olduğu açıqlanıb.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk televiziyaya açıqlamasında bildirib.
Pletençuk Krımın Kerç şəhərindəki zavodda zədələnmiş “Askold” kiçik raket gəmisi ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, gəmi hazırda Kerç körpüsünün altında dayanır. Onun sözlərinə görə, “Askold” Ukrayna hərbçilərinin zərbəsindən sonra yararsız vəziyyətdədir və hazırda gəminin gələcəyi ilə bağlı perspektiv görünmür.
“Krım sadəcə olaraq 100 faiz hücum zonasındadır. Bütün ərazi”, – Pletençuk bildirib.
Rusiyanın gəmilərini Novorossiysk limanından buraxılış mövqelərinə çıxarmasının nə qədər vaxt apardığı ilə bağlı suala cavab verən sözçü qeyd edib ki, Rusiya hazırda gəmilərini ümumiyyətlə buraxılış mövqelərinə çıxarmır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 07 Sentyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















