Icma.az
close
up
RU
Ukraynadan qaçan biznesmen bu ölkədə tapıldı

Ukraynadan qaçan biznesmen bu ölkədə tapıldı

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynanın axtarışa verdiyi iş adamı Timur Mindiç İsrail ərazisində ortaya çıxıb.

Modern.az xəbər verir ki, bu barədə "Ukrainska Pravda" nəşrinin İsraildə olan müxbiri məlumat yayıb. Bildirilib ki, jurnalistlər Mindiçin ölkə xaricində olduğunu faktlarla təsdiqləyə biliblər və onun İsraildə olduğu anı fotoşəkillərlə sənədləşdiriblər.

Xatırladaq ki, noyabrın 10-da Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) Timur Mindiçin, eləcə də həmin vaxt ədliyyə naziri postunu tutan Herman Qaluşenkonun ünvanlarında axtarışlar aparıb. Lakin Mindiç istintaq hərəkətlərinə bir neçə saat qalmış Ukrayna ərazisini tərk edib. Elə həmin gün NABU energetika sektorunda genişmiqyaslı korrupsiya sxeminin ifşa edildiyini açıqlayıb və istintaq materialları çərçivəsində telefon danışıqlarının audioyazılarını yayıb.

Noyabrın 11-də jurnalist araşdırmaları nəticəsində Enerqoatom ətrafında aparılan korrupsiya işi üzrə bütün şübhəlilərin kimliyi müəyyənləşdirilib. “Sxemlər” layihəsinin məlumatına görə, şübhəlilər arasında Timur Mindiç, energetika nazirinin keçmiş müşaviri İqor Mironyuk, “Enerqoatom”un təhlükəsizlik üzrə icraçı direktoru Dmitri Basov, eləcə də Aleksandr Tsukerman, İqor Fursenko, Lesya Ustimenko və Lyudmila Zorina yer alıb.

İstintaq çərçivəsində beş nəfər saxlanılıb, Mindiç və Tsukerman isə ölkədən çıxmağa nail olub. Digər şübhəlilər barəsində girov qarşılığında azadlıqda qalma tədbiri seçilib və sonradan Lesya Ustimenko ilə Lyudmila Zorina üçün girov məbləğlərinin ödənildiyi bildirilib.

Noyabrın 19-da Ali Rada Herman Qaluşenkonun ədliyyə naziri vəzifəsindən azad olunması ilə bağlı qərarı dəstəkləyib. Noyabrın 22-də isə Ukrayna hüquq-mühafizə orqanları “Midas işi” çərçivəsində Timur Mindiç və Aleksandr Tsukermanın beynəlxalq axtarışa verildiyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Dekabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri