Ukraynadan Rusiya ilə bağlı mühüm təklif
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Avropaya Rusiya ilə danışıqlarda vasitəçi kimi çıxış etməyi təklif edib və bunun üçün kiçik addımdan – hava limanlarına qarşılıqlı zərbələrin dayandırılmasından başlamağı irəli sürüb.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Politiko” nəşrinə bildirib.
Qeyd olunub ki, bu atəşkəs variantı Avropa liderlərinə diplomatik prosesdə konkret rol verə bilər. Çünki ABŞ-ın rəhbərliyi altında Moskva ilə Kiyev arasındakı danışıqlar zəifləyib və Rusiya Prezidenti Vladimir Putin müharibənin daha geniş şəkildə dayandırılması ilə bağlı razılaşmaya xüsusi maraq göstərmir.
“Yəqin ki, Avropaya bizim sülh səylərimizdə yeni rol lazımdır. Ola bilsin ki, biz hava limanları üzrə atəşkəsə nail olmağa çalışaq”, – deyə Sibiqa vurğulayıb.
O qeyd edib ki, Putinin belə razılaşmada iştirak etmək üçün motivasiyası ola bilər, çünki Moskvanın “Şeremetyevo” və Sankt-Peterburqun “Pulkovo” hava limanı kimi iri nəqliyyat qovşaqları Ukraynanın uzaqmənzilli hücumlarına qarşı getdikcə daha həssas olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 12 May 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















