Icma.az
close
up
RU
Ukraynadan unikal əməliyyat Rusiyanın sualtı gəmisi məhv edildi

Ukraynadan unikal əməliyyat Rusiyanın sualtı gəmisi məhv edildi

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Hərbi-Dəniz Qüvvələri ilə birgə Rusiyanın Novorossiysk limanı ərazisində xüsusi əməliyyat həyata keçirib.

Modern.az xəbər verir ki, əməliyyat zamanı Rusiya Hərbi-Dəniz Donanmasına məxsus sualtı qayıq vurularaq sıradan çıxarılıb.

Bildirilir ki, tarixdə ilk dəfə Ukraynaya məxsus “Sub Sea Baby” adlı sualtı dronlar Rusiya istehsalı olan 636.3 layihəli “Varşavyanka” tipli sualtı qayığı partladıb. NATO təsnifatında “Kilo” sinfinə aid edilən həmin sualtı qayıq partlayış nəticəsində kritik zədələr alıb və faktiki olaraq istismar üçün yararsız vəziyyətə düşüb.

Məlumata görə, vurulan sualtı qayığın göyərtəsində Ukrayna ərazisinə raket zərbələri endirmək üçün istifadə olunan dörd ədəd “Kalibr” qanadlı raket buraxılış qurğusu olub.

Əməliyyat  Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin 13-cü idarəsi tərəfindən Ukrayna Hərbi-Dəniz Qüvvələrinin bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

“Varşavyanka” tipli sualtı qayıqların dəyəri təxminən 400 milyon dollar qiymətləndirilir. Beynəlxalq sanksiyalar və texnologiyalara çıxışın məhdud olması səbəbindən Rusiyanın eyni tipli yeni bir sualtı qayığı inşa etməsi ən azı 500 milyon dollara başa gələ bilər. Bu sinfə aid sualtı qayıqlar yüksək səsboğucu xüsusiyyətlərinə görə “Qara dəlik” qeyri-rəsmi adı ilə də tanınır və sonar sistemləri tərəfindən aşkarlanması çətin hesab olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Dekabr 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri