Ukraynalı analitik: Azərbaycanın təcrübəsi bizim üçün önəmlidir
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəni bitirmək ilə bağlı etdiyi cəhdlər, danışıqlar prosesinin yalnız başlanğıcıdır.
Bunu "Report"un Şərqi Avropa bürosuna Ukraynadan olan analitik Svetlana Kuşnir bildirib.
"Yadda saxlamalıyıq ki, Tramp həmişə olduğu kimi böyük korporativ biznes sferasından gəlmiş adamdır. Əgər Ukraynanın ABŞ-ın köməyi olmadan hazırda tutduğu mövqeni qoruyub saxlaya bilməyəcəyindən danışsaq, o bunu bacarmayacaq. Əgər Ukrayna hakim Rusiya ordusunun işğal etdiyi əraziləri müstəqil şəkildə tanımağa hazırdırsa, biz ukraynalılar razılaşmayacağıq", - analitik vurğulayıb.
"Biz ərazi itkilərinə yol verməyəcəyimiz uzun danışıqları gözləməyə hazırıq. Hesab edirəm ki, bu baxımdan uzun illərdir güc resursları toplayan, həm hərbi, həm də iqtisadi elitasını yüksəldən Azərbaycanın təcrübəsi bizə nümunədir. Bundan istifadə etmək lazımdır. Azərbaycanın təcrübəsi Ukrayna üçün çox proqressiv olacaq. Ukraynada hansısa xarici oyunsuz metodologiya, taktika və strategiya bizə bu zaman sağ qalmağa kömək edə bilər.
11 ildir Ukraynada baş verən müharibə dünyanın bütün siyasətçilərinin, xüsusən də 1991-ci ildə Balkan müharibəsindən sonra Avropada belə dəhşətli münaqişəyə yol verən siyasətçilərin icazə verə biləcəyi ən dəhşətli şeydir.
Bu, kollektivin məsuliyyətidir və indi nə edəcəyinə dünya kollektiv şəkildə qərar verəcək", - ekspert əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 17 Fevral 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















