Ukraynalı deputat: Vişnevedə vurulan hərbi anbarda HHM raketləri var idi
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Ali Radasının deputatı Anna Skoroxod partlayış nəticəsində məhv edilən Vişnevedəki anbarda döyüş sursatları və Hava Hücumundan Müdafiə (HHM) raketlərinin saxlanıldığını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında yazıb.
"Vişnevedə Rusiya bizim anbarlarımızı vurdu. Mənim məlumatıma görə, orada həm döyüş sursatları, həm də HHM raketləri var idi — hamısı "Ukroboronprom"a və Ukrayna Müdafiə Nazirliyinə məxsus idi. Hər şeyi yaşayış binalarının arasında, bir yerdə saxlamağımıza görə kim cavab verəcək?" — deyə o, qeyd edib.
Kiyev yaxınlığında yerləşən Vişneve şəhərində güclü partlayış bir gün əvvəl baş verib. Radanın digər deputatı Maryana Bezüqlayanın daha sonra verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin zərbəsi nəticəsində döyüş sursatı anbarı məhv edilib, lakin o, orada saxlanılan hərbi əmlakın çeşidini dəqiqləşdirməyib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 07 İyul 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















