Icma.az
close
up
RU
Ukraynalı deputatlar AŞPA da Azərbaycan üçün savaşdı

Ukraynalı deputatlar AŞPA da Azərbaycan üçün savaşdı

Icma.az bildirir, Axar.az portalına istinadən.

Yeni heç nə yoxdur: yenə ikili standartlar, yenə Azərbaycana təzyiq, yenə də Bakıya necə yaşamağı və öz milli maraqlarını necə müdafiə etməyi öyrətmək cəhdləri.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qəbul edilən növbəti anti-Azərbaycan xarakterli qətnamə bir daha göstərdi ki, bəzi siyasi dairələr Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəmirlər. Halbuki reallıq kifayət qədər sadə və aydındır: Azərbaycan öz beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini və nəzarətini tam bərpa edib. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirilib və heç bir müzakirə mövzusu deyil.

AŞPA-da isə nədənsə bu reallığı görməməyə üstünlük verirlər. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını qəbul etmək əvəzinə, yenə də qərəzli yanaşmalar, birtərəfli ittihamlar və siyasi təzyiq cəhdləri ön plana çıxarılır. Bu isə nə regionda sabitliyə xidmət edir, nə də Azərbaycanla Avropa institutları arasında konstruktiv münasibətlərin inkişafına.

Əslində, hazırkı mərhələdə beynəlxalq təşkilatların əsas vəzifəsi Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsinə dəstək vermək olmalıdır. Region uzun illər davam edən münaqişədən sonra yeni bir dövrə qədəm qoyub. Belə bir vaxtda qarşıdurmanı təşviq edən və ya tərəflərdən birinə təzyiq göstərən qərarlar sülh səylərinə kömək etmir. Əksinə, onlar etimad mühitinin formalaşmasına mane olur və vasitəçilik imkanlarını zəiflədir.

Lakin bu fonda prinsipial mövqe nümayiş etdirən siyasətçilərin olması da diqqətdən kənarda qalmamalıdır.

Azərbaycana dəstək verən ukraynalı deputatlar Aleksey Qonçarenko və Tamila Taşevanın mövqeyi xüsusi qeyd olunmalıdır. Onlar siyasi konyunkturaya deyil, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan mövqe nümayiş etdiriblər.

Xüsusilə Tamila Taşevanın çıxışı mühüm əhəmiyyət daşıyır. O açıq şəkildə bəyan edib ki, Ukrayna ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkələrin öz torpaqları üzərində nəzarəti bərpa etmək hüququnun nə qədər vacib olduğunu yaxşı anlayır. Bu fikirlər beynəlxalq hüququn əsas prinsiplərinə söykənir və müasir dünyada bütün dövlətlər üçün eyni dərəcədə tətbiq edilməlidir.

Bu, tamamilə düzgün və məntiqi yanaşmadır. Çünki Ukraynanın özü də bu gün öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparır. Belə olan halda, ukraynalı siyasətçilərdən bəzilərinin Azərbaycanın yaşadığı oxşar problemlərə daha həssas yanaşması təbiidir. Onlar yaxşı anlayırlar ki, ərazi bütövlüyü prinsipinə selektiv yanaşmaq olmaz. Bir ölkənin ərazi bütövlüyünü müdafiə edib, digər ölkəyə münasibətdə fərqli standartlar tətbiq etmək beynəlxalq hüququn mahiyyətinə ziddir.

Aleksey Qonçarenko və Tamila Taşeva məhz bu baxımdan prinsipial və ardıcıl mövqe nümayiş etdiriblər. Onların səsvermədə tutduğu mövqe beynəlxalq münasibətlərdə hüququn üstünlüyünə və dövlətlərin suverenliyinə hörmət prinsipinə əsaslanır.

Azərbaycan da öz növbəsində hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bakı beynəlxalq hüququn norma və prinsiplərinin bütün ölkələrə eyni şəkildə tətbiq edilməsinin tərəfdarı olub. Buna görə də Azərbaycana qarşı qərəzli qərarları dəstəkləməyən və obyektiv yanaşma nümayiş etdirən ukraynalı siyasətçilərin mövqeyi ölkəmizdə yüksək qiymətləndirilir.

Aleksey Qonçarenkoya təşəkkürlər. Tamila Taşevaya təşəkkürlər.

AŞPA isə nəhayət bir sadə həqiqəti qəbul etməlidir: Azərbaycanla təzyiq və ultimatum dili ilə danışmaq mümkün deyil. Qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və obyektiv yanaşmaya əsaslanan münasibətlər həmişə nəticə verir. Təzyiq və qərəz isə yalnız etimadsızlığı daha da artırır və əməkdaşlıq imkanlarını məhdudlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 İyun 2026 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri