Icma.az
close
up
RU
Ukraynalı ekspert: Rəsmi Vaşinqton münaqişənin həllində irəliləyişə nail ola bilməyib

Ukraynalı ekspert: Rəsmi Vaşinqton münaqişənin həllində irəliləyişə nail ola bilməyib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kiyev, 1 may, AZƏRTAC

Donald Trampın ABŞ Prezidenti kimi fəaliyyətindən 100 gün ötsə də, rəsmi Vaşinqton Ukrayna-Rusiya münaqişəsinin həllində irəliləyişə nail olmayıb. Tramp administrasiyasının münaqişənin həlli istiqamətindəki cəhdləri hələ ki uğursuzluğa düçar olub.

Tramp 30 günlük atəşkəsə nail ola bilmədi. Onun irəli sürdüyü birbaşa sülh təklifinin müddəaları anlaşılmazlıq, etiraz yaratdı. Artıq ABŞ rəsmiləri atəşkəs əldə olunmayacağı təqdirdə vasitəçilikdən imtina ediləcəyinə dair bəyanatlar da səsləndirirlər. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Vaşinqtonun sülh planı qəbul edilmədiyi halda vasitəçilikdən imtina edəcəyini bildirib.

Bu məsələni şərh edən ukraynalı ekspert Oleksiy Buryaçenko AZƏRTAC-a bildirib ki, hazırda iki varianta baxıla bilər: “Birinci variant odur ki, Donald Tramp həqiqətən müharibənin tənzimlənməsində, uzunmüddətli atəşkəsin əldə olunmasında öz siyasi ambisiyasına nail ola bilməyəcək. Hadisələrin inkişafının ikinci variantı isə Trampın Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində mübarizəsini davam etdirməsidir. Sözün açığı, mən ikinci variantı daha real və prioritet kimi görürəm. Çünki Tramp prezidentlik müddətinin 100-cü günündə belə münaqişənin həlli məsələsində özünü küncə sıxmadı. Sadəcə ötən müddətdə Tramp anlamadı ki, Rusiya siyasi şərt olmadan atəşkəsin əldə olunmasını istəmir. Tramp hazırda Rusiyanın münaqişənin həllində manipulyasiya etdiyini anlayıb. Trampın Rusiyaya güc tətbiq etməməklə Vaşinqton və Moskva arasında danışıqlara başlaması səhv addım idi. Ona görə də Avropa ölkələri, “istəklər koalisiyası” münaqişənin həllində maraqlı tərəfə çevrildilər. Sözsüz ki, onlar Ukraynanın fikirlərini qəbul edirlər”.

Oleksiy Buryaçenko Amerikanın münaqişənin həllində danışıqlardan çıxacağını real görmür. Çünki belə bir addım rəsmi Vaşinqtonun nüfuzuna ciddi xələl gətirər.

“Təəssüf ki, Ukrayna tərəfinin uzunmüddətli atəşkəsə hazır olmasına dair bəyanatı və buna adekvat olaraq Rusiya tərəfinin də hazır olmasına dair çağırışı ABŞ tərəfindən zamanında qəbul edilmədi. Danışıqların ilk günlərində ABŞ və Rusiya öz geosiyasi maraqları fonunda Ukraynanı fakt qarşısında qoymaq istədilər, lakin alınmadı. Vaşinqtonun xoşuna gəlməsə də, Ukrayna Prezidenti Zelenski Ağ evdə Trampla ilk görüşündə həqiqətləri açıqladı. Artıq tərəflər anladılar ki, onların danışıqlar strategiyası uğursuz alındı. Ancaq ABŞ-ın danışıqlardan çıxacağına inanmıram, bu, Ağ evin zəifliyini göstərər və onlara sərfəli deyil. Bununla ABŞ tərəfdaşları, beynəlxalq aktorlar, Avropa İttifaqı anlayacaq ki, Tramp administrasiyası özünün xarici siyasi tələblərini reallaşdırmaqda acizdir. Xüsusilə, Tramp Rusiya-Ukrayna münaqişəsinin həllini öz üzərinə götürdüyünü bəyan etmişdir. Sadəcə münaqişənin həllində Avropa ölkələrinin vasitəçiliyi də əlavə olunacaq. Danışıqlar yeni formatda - ABŞ-Avropa ölkələri-münaqişə tərəfləri formatında davam edəcək”, - deyə ukraynalı ekspert əlavə edib.

Fakt ondadır ki, prezidentliyinin 100-cü günü Tramp əliboş qarşıladı. Ən əsası dünya Ukraynada gözlədiyi sülhə nail ola bilmədi. Mürəkkəb bir vəziyyət yaranıb. Növbəti 100 gününə Tramp hədəflərinə çata biləcək, yoxsa yenə vədləri söz olaraq qalacaq?

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri