Ukraynalı əsgərin arvadı və qızı bu ölkədə xüsusi amansızlıqla öldürüldü
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Belçikanın Haasrode şəhərində ukraynalı ailə öldürülüb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, öldürülənlər ukraynalı əsgərin həyat yoldaşı və qızıdır. Ailə üç il idi ki, Belçikada yaşayırmış.
"Om-mp.be" nəşri yazıb ki, dünən səhər Haasrodedə dəhşətli faciə baş verib - 46 yaşlı qadın və onun 6 yaşlı qızı keşişin evində öldürülüb, bundan sonra binalar yandırılıb.
Nəşr ətraflı məlumat verib ki, təcili yardım gələn zaman uşaq hələ də sağ olub, lakin həkimlərin onu xilas etmək cəhdlərinə baxmayaraq dünyasını dəyişib.
İstintaq ölümlərin zorakılıq olduğunu təsdiqləyir, ilkin ekspertizanın rəyi isə qəsdən yandırma olduğunu göstərir.
Prokurorlar işi ikiqat adam öldürmə maddəsi ilə araşdırır. Hər iki qurbanda bıçaq xəsarətləri olub.
Öldürülən qadının əri hərbçidir, hazırda Ukraynadadır. Cütlüyün 16 yaşlı oğlu da var, o, faciə zamanı məktəbdə olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 07 İyun 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















