Ukraynalı nazir slovakiyalı həmkarının təklifini qəbul etmir
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynanın Xarici işlər naziri Andrey Sibiqa slovakiyalı həmkarı Yuray Blanarın Ukraynada müharibəyə son qoymaq üçün “baş verən hər şeyi Rusiyaya bağışlamağı” təklif edən qalmaqallı bəyanatına cavab verib.
Reyting.az bildirir ki, Sibiqa Rusiyanın cinayətlərini bağışlamağın mümkünsüzlüyünü dilə gətirib. Onun sözlərinə görə, Rusiyanın cinayətlərinin əsas səbəbi cəzasızlıq hissidir.
“Cinayətkarın cinayəti bağışlansa və cəzalandırılmasa, cinayəti dayandıracağını gözləmək sadəlövhlük olardı. Əksinə, bu zaman Rusiya onun o biri üzündən vuracaq”,- Sibiqa deyib.
Eyni zamanda Ukrayna XİN-nin rəhbəri bildirib ki, “bu müharibədə heç nə itirməyənlərin belə bəyanatlar verməyə haqqı yoxdur”.
Qeyd edək ki, bundan əvvəl Slovakiya diplomatiyasının rəhbəri “Ukrayna və Rusiya arasında müharibənin hərbi həlli yoxdur, problem beynəlxalq hüquqa riayət əsasında həll edilməlidir”,- deyib. O, Ukraynanı Rusiya ilə dialoqa çağırıb və baş verənlərə görə, Rusiyanın bağışlanmasını mümkün sayıb.
E. KAMAL

Ukraynalı nazir COP29un yekunlarından
25 Noyabr 2024 09:28
Ukraynalı nazir Azərbaycana təşəkkür edib
20 Noyabr 2024 16:19
Ukraynalı nazir Azərbaycana minnətdarlıq edib
19 Noyabr 2024 20:35
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
25 May 2025 14:23
Ukraynalı hərbçilərin acı
04 Yanvar 2025 16:34

