Ukraynalı səfir: “Biz Rusiyadan qaz almırıq, ona görə də...
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ukrayna qaz nəqli məsələsində Azərbaycanla əlaqələri genişləndirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın Türkmənistandakı səfiri Viktor Mayko bildirib.
O qeyd edib ki, vəziyyətdən asılı olaraq, Ukrayna qaz nəqli məsələlərində Türkmənistan və Azərbaycanla əlaqələri inkişaf etdirəcək.
“Biz Rusiyadan qaz almırıq. Ona görə də Ukrayna başqa ölkələrdən qaz almaq və bu qazı Avropaya nəql etmək istəyir. Ukraynanın bunun üçün böyük infrastrukturu var. Ukrayna ilə Türkmənistan arasında köhnə ticarət yolları işləmir, yeniləri isə əlavə xərc tələb edir. Kiyev Gürcüstan və Azərbaycanın nəqliyyat imkanlarından istifadə edir. Biz Avropanın imkanlarından da yararlanmaq niyyətindəyik”, – deyə diplomat vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 11 Noyabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















