Ukraynalı təqaüdçü televiziyadakı canlı yayıma zəng edib...
...Deməli, İvano-Frankivsk meri Ruslan Martsinkivin yer aldığı yerli telekanalın yayımı kəsilib. Məsələ bundadır ki, mer təqaüdçünün sualına bu barədə düşünmədiyini etiraf edib.
SİA-nın məlumatına görə, Ukraynanın İvano-Frankovsk şəhərinin yaşlı sakini yerli “Avrora” mağazasının adından qəzəblənib.
O, şəhər meri Ruslan Martsinkivin yer aldığı yerli telekanalın yayımını kəsib.
Ukraynanın “Strana” nəşrinin məlumatına görə, təqaüdçü efirə zəng edərək qəzəbli səslə Martsinkivdən Ukrayna ərzaq şəbəkələrindən birinin mağazalarının niyə Rusiyanın “Aurora” kreyserinin adının qoyulması sualına cavab verməsini tələb edib.
Mer bu supermarketlərin gəminin adının olub-olmadığını bilmədiyi üçün zarafat etməyə çalışıb. O, bu barədə düşünmədiyini etiraf edib.
...Və bu arada teleaparıcı xatırladıb ki, Avrora həm də ümumi qadın adıdır. Lakin o, Roma mifologiyasında Avroranın səhər şəfəqinin ilahəsi olduğunu xatırlatmayıb.
Nazlı Almuradova