Ukraynalı uşaqların deportasiyası məsələsi gündəmdə Uolts bəzi məqamları açıqladı
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Moskva və Vaşinqton etimad qurmaq məqsədilə müxtəlif mümkün tədbirləri müzakirə edirlər.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts “CBS” telekanalına müsahibəsində deyib.
“Biz etimad qurmaq məqsədilə bir sıra tədbirlər barədə danışırıq”, – deyə o qeyd edib, lakin təfərrüatları açıqlamayıb. Uoltsun sözlərinə görə, bu tədbirlərə ukraynalı uşaqların zorla deportasiyası ilə bağlı məsələlər də daxildir. Uolts əlavə edib ki, ABŞ prezidenti Donald Tramp həmin uşaqların taleyindən narahatdır.
Uoltsa “ABŞ-ın bu uşaqlarla bağlı məlumat toplama proqramını maliyyələşdirməsi ilə bağlı yayılan xəbərlər barədə nə düşünürsünüz?” sualı ünvanlanıb.
“ABŞ dövlət katibi Marko Rubio bu proqramların hamısını yoxlayıb. Mən konkret bir proqram haqqında danışa bilmərəm”, – deyə o cavab verib.
Xatırladaq ki, “The Washington Post” qəzeti 18 mart tarixində təqdim etdiyi sənədə əsasən, ABŞ-ın bu proqramı maliyyələşdirməyi dayandırdığını bildirib. Qəzetin yazdığına görə, bu addım Beynəlxalq Cinayət Məhkəməsinə və digər araşdırıcı qurumlara məlumatların ötürülməsinin dayandırılması ilə nəticələnib.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 23 Mart 2025 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















