Ukraynalı uşaqların Qəbələ Dövlət Tarix Bədii Qoruğuna ekskursiyaları təşkil edilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək reabilitasiya tədbirlərinə cəlb olunan 30 ukraynalı uşaq Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Arxeoloji Mərkəzə səfər edib.
Qoruqdan XQ-yə bildirilib ki, uşaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Burada keçirilən görüşdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov ukraynalı uşaqlara qoruq və mərkəz barədə ətraflı məlumat verib. Uşaqlar “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” sənədli filmini izləyiblər. Onlara xatirə hədiyyələri təqdim edilib.
Sonra Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun tarixi məkanları - Səlbir və Qala ərazilərindəki arxeoloji qazıntı sahələri ilə tanışlıq olub. Uşaqlara aparılmış arxeoloji qazıntılar və aşkarlanan tapıntılar barədə məlumat verilib.
Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Avqust 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















