Ukraynalı vəkil: Zəfər Günü hər bir azərbaycanlının qürur mənbəyidir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kiyev, 3 noyabr, AZƏRTAC
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinin ən yaddaqalan səhifələrindən biridir. Bu tarix təkcə Qələbənin deyil, həm də xalqımızın birliyinin, mübarizə əzminin və ədalətə inamının rəmzidir. Xalqımızın 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tarixə möhtəşəm bir qəhrəmanlıq səhifəsi yazdı - uzun müddət işğal altında olan torpaqlarımız azad edildi.
Bu fikirləri Ukraynalı hüquqşünas və soydaşımız Şəmsi Məhərrəmov AZƏRTAC-a müsahibəsində bildirib.
“Zəfər Günü hər bir azərbaycanlının qürur mənbəyidir. Bir daha sübut etdik ki, güclü dövlət, müasir ordu və vətənpərvər xalq birləşəndə heç bir qüvvə onlara müqavimət göstərə bilməz. Bu Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, xalqımızın səbri və imanı bahasına əldə edilib”, -deyə soydaşımız vurğulayıb. O, Zəfər Gününün gələcək nəsillər üçün bir töhfə olduğunu qeyd edərək deyib: “Vətəni sevmək, onu qorumaq və həmişə uca tutmaq lazımdır”.
“Xaricdə yaşayan bir azərbaycanlı olaraq deyə bilərəm ki, bu gün hər birimizin qəlbində eyni hisslər yaşayır - qürur, minnətdarlıq və Vətən sevgisi! Arzu edirəm ki, ikinci vətənimiz olan Ukrayna da ərazi bütövlüyü uğrunda mübarizəsində qələbə qazansın!”, - deyə həmyerlimiz sözlərinə yekun vurub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Noyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















