Ukraynalılar ABŞ yə gedə bilməyəcəklər Tramp sərəncam imzaladı
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
ABŞ Daxili Təhlükəsizlik Departamenti miqrantların ölkədə müvəqqəti məskunlaşmasına imkan verən bəzi proqramları, o cümlədən ölkədə sponsoru olan ukraynalılara giriş imkanı verən “Ukrayna naminə birləşmə” təşəbbüsünü dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times"də dərc olunan məqalədə məlumat verilib.
Nəşrin məlumatına görə, yanvarın 23-də ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin rəhbəri tərəfindən göndərilən elektron məktubda bu proqramlar üçün müraciətlərin yekun işlənməsinin dayandırılması barədə göstərişlər yer alıb. Qərar onların qanuniliyi və mümkün xitamının yoxlanılması çərçivəsində qəbul edilib.
Qəzet yazır ki, Bayden administrasiyası dövründə başlanan "Ukrayna üçün birləşmə" proqramı 150 mindən çox ukraynalının ABŞ-yə daxil olmasına icazə verib.
Donald Tramp administrasiyasının rəsmiləri bildiriblər ki, bu proqramların çoxu əvvəldən qanuna uyğun olmayıb. Prezident ABŞ-nin yeni immiqrasiya siyasətinə uyğun gəlməyən proqramların dayandırılmasını tələb edən sərəncam imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 Yanvar 2025 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















