“Ukraynalılar müharibəyə dözəcək və Donbası güzəşt etməyəcək“ Sorğu
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Əksər ukraynalılar müharibənin uzanmasına hazırdır və Donbasın Rusiyaya təhvil verilməsinə qarşı çıxır..."
Ukraynalıların müharibəyə münasibəti
Ukraynalıların yalnız 20 faiz müharibənin yaxın həftələrdə və ya 2026-cı ilin birinci yarısında başa çatmasını gözləyir.
Moderator.az xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosialogiya İnstitutu (KBSİ) tərəfindən 23-29 yanvar 2026-cı il tarixində aparılmış sorğunun nəticələri göstərib. Məlumatı yayıb.
2025-ci ilin sentyabr-oktyabr aylarında bu göstərici 33 faiz, dekabrda isə 26 faiz olub. Sorğuda iştirak edənlərin 65 faizi isə müharibəni lazım olan müddətə qədər dözməyə hazır olduqlarını bildirib. Daha qısa müddətə dözümlü olacağını bildirənlər 17 faiz təşkil edir.
Bu göstəricilər ölkə üzrə demək olar ki, eynidir: Kiyevdə 72 faiz, qərbdə 66 faiz, mərkəz və şimalda 64 faiz, cənubda 64 faiz şərqdə 58 faiz təşkil edib.
KBSİ qeyd edir ki, "Rusiya tərəfindən humanitar fəlakət yaratmaq cəhdlərinə baxmayaraq, ukraynalılar hələ də müqaviməti davam etdirməyə, məqbul nəticə əldə olunana qədər dözməyə hazırdır".
Donbas məsələsində vətəndaş mövqeyi
Sorğuya görə, 52 faiz ukraynalı Donbasın tam nəzarətinin Rusiyaya verilməsini qətiyyən qəbul etməz. 40 faiz respondent isə Ukraynanın hazırda nəzarət etdiyi ərazilərdən - Kramatorsk, Slavyansk və digər hissəsindən qoşunlarını çıxarıb Rusiyanın nəzarətinə verməyə hazırdır, əvəzində ABŞ və Avropadan təhlükəsizlik zəmanətləri alacaq. Bununla belə, 31 faiz bu şərtin mürəkkəb olduğunu bildirir, 7 faiz isə fikrini bildirməkdə çətinlik çəkib.
Regionlar üzrə fərqlər: Kiyevdə 59 faiz razı deyil, 31 faiz qəbul etməyə hazırdır. Qərbdə 57 faiz və 38 faiz, mərkəz/şimal (Kiyev xaric) 49 faiz və 42 faiz, cənubda 49 faiz və 44 faiz, şərqdə 50 faiz və 39 faiz. KBSİ vurğulayır ki, yanvarın ortasında aparılan sorğunun nəticələri də oxşar olib, yəni mühasirə və enerji problemlərinə baxmayaraq, bu mövqelərdə əhəmiyyətli dəyişiklik baş verməyib.
Sülh danışıqları və mümkün ssenarilər
ABŞ administrasiyasının vasitəçiliyi ilə BƏƏ-də keçiriləcək danışıqlarda Moskvanın Donbas üzərində tam nəzarət tələbi diqqət mərkəzindədir. "The New York Times" bildirir ki, Slavyansk və Kramatorskun təhvil verilməsi Ukraynanın şərqdəki ən güclü müdafiə xəttini itirməsi deməkdir. Bu ərazilər 2014-cü ildən, Rusiya tammiqyaslı işğala başlamazdan əvvəl möhkəmləndirilib.
Ekspertlər xəbərdarlıq edir ki, əgər bu sülh planı uğursuz olarsa, Rusiya zəifləmiş Ukrayna ərazisinə sürətli və strateji hücum üçün əlverişli mövqe əldə edəcək. Deputat Roman Kostenko isə hesab edir ki, yaxın perspektivdə müharibənin sona çatması mümkün deyil və Putinin danışıqları uzatmaq strategiyası davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 02 Fevral 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















