Ukraynalılar səfərbərliyə qarşı: Bunu ölüm hökmü adlandırırlar
Icma.az bildirir, Publika.az portalına istinadən.
Ukraynalılar ölkənin Silahlı Qüvvələrində qeyri-müəyyən müddətə xidmət etməkdən qorxurlar. Ukrayna ordusunun əsgərləri bildiriblər ki, kişilər əsgər getmək istəmirlər. Onlar qorxurlar ki, heç vaxt evlərinə qayıtmayacaqlar.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
"İndi ölkə vətəndaşlarının bir çoxu səfərbərliyi ölüm hökmü hesab edir", - deyə ukraynalı hərbçilərdən biri qeyd edib.
Ukrayna mətbuatı hərbi komissarlıq əməkdaşlarının keçirdiyi irimiqyaslı reydlər barədə məlumat yayıb. Onlara görə ölkə xalqı iğtişaşlara hazır idi. Daha sonra Ukrayna hakimiyyəti xalqın narazılığını yatırmaq üçün cəbhə bölgələrinə hərbi komissarların göndərilməsini təklif edib.
Ukrayna Silahlı Qüvvələri hərbi hissələri tərk edən fərarilərlə də mübarizə aparır. Məsələn, Ukrayna ordusunun qadın döyüşçüləri kütləvi şəkildə döyüş mövqelərini tərk etməyə başlayıblar.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 13 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















