“Ukraynalıların 85 faizi ordunun Donbasdan çıxmasına qarşıdır” Zelenski
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynalılar sülh istəyirlər, lakin əhalinin əksəriyyəti bunu Donbasın hesabına istəmir.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News"a müsahibəsində bildirib.
O vurğulayıb ki, ukraynalılar müharibədən yorulublar, lakin milli təhlükəsizliyə təhdid yaradan kompromisə getməyə hazır deyillər: "İnsanlar sülh istəyir. Bu gün Tramp dedi ki, sorğuların nəticələrini görüb, onlara görə 85 % və ya hətta 87 % sülh istəyir. Bu, bizim həyatımızdır. 87 % sülhü dəstəkləyir. Eyni zamanda 85 % Donbasdan çıxışa qarşıdır. Bu, o deməkdir ki, hamı sülh istəyir, amma ədalətli sülh".
Zelenski əlavə edib ki, Donbasdan çıxmaq ən pis ssenaridir və danışıqlarda bütün tərəflər bunu başa düşülməlidir. Onun sözlərinə görə, bu addım Ukrayna üçün ciddi risk yaradır və ölkə vətəndaşları tərəfindən qəbuledilməz olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 29 Dekabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















