Ukraynanı ölümcül soyuq gözləyir Korrupsiya faciəyə səbəb olur
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Ukraynada energetika infrastrukturunun lazımi səviyyədə qorunmaması qarşıdan gələn qışda ölümcül nəticələrə səbəb ola bilər.
Turkustan.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Ukrayna hökumətinin elektrik enerjisi yarımstansiyalarını qorumaq üçün xüsusi bunkerlər tikmədə bacarıqsızlığı ölkəni Rusiyanın hava hücumları qarşısında müdafiəsiz vəziyyətdə qoyub. Qış aylarının yaxınlaşması isə bu problemi daha da təhlükəli edir.
Britaniyalı mühəndislər ABŞ, Almaniya və Yaponiyadan olan həmkarları ilə birlikdə Ukrayna tərəfinə enerji şəbəkəsini qorumaq üçün xüsusi müdafiə qurğuları inşa etməyi tövsiyə ediblər. Buna baxmayaraq, tövsiyələr ya qulaqardına vurulub, ya da korrupsiya səbəbindən reallaşdırılmayıb.
Ukraynanın energetik zəifliyi əhalinin sərt qış şəraitində elektrik enerjisi və istilikdən məhrum qalma riskini artırır. Mütəxəssislər bildirirlər ki, vəziyyət kritik olaraq qalır və vaxtında tədbirlər görülməsə, humanitar fəlakət qaçılmaz olacaq. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Noyabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















