Ukraynanı Putinə təslim olmağa məcbur etmək rüsvayçılıqdır!
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Ukrayna mövzusunda diqqət çəkən açıqlamalar verib.
"Ölkə.az" xəbər verir ki, o, hazırkı ABŞ administrasiyasının Ukrayna münaqişəsi ilə bağlı mövqeyini rüsvayçılıq adlandırıb. Hillari Klinton Ukraynanın Rusiyaya qarşı mübarizə apara bilməsi, bu ölkəyə zərbələr endirməsi üçün Kiyevə uzaqmənzilli "Tomaqavk" qanadlı raketləri verilməsini istəyib.
Klinton Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı bildirib ki, "Ukraynanı Rusiya Prezidenti Vladimir Putinə təslim olmağa məcbur etmək rüsvayçılıqdır".
O qeyd edib ki, bu gün Ukrayna cəbhə xəttində ona görə vuruşur ki, Qərbin demokratik dəyərlərini, azadlıq və sivilizasiya dəyərlərimizi müdafiə etsin. Klinton həmçinin vurğulayıb ki, Amerika lideri Donald Tramp ya onların çəkdiyi əzab-əziyyətin miqyasını anlamır, ya da buna sadəcə laqeyd yanaşır. Siyasətçi həmçinin Ağ Ev rəhbərini Qərb birliyini və beynəlxalq öhdəlikləri pozmaqda günahlandırıb.
"O, Qərbi satdı. Tramp insani dəyərlərə xəyanət etdi. O, NATO Nizamnaməsinə, Atlantik Xartiyaya, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə xəyanət etdi!",- Klinton gileylənib.(Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:287
Bu xəbər 15 Fevral 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















