“Ukraynanı yox, qulağınızın dalını görərsiz!..“ Ukraynanın BMT dəki daimi nümayəndəsi Rusiyaya...
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna ərazisi və suverenliyi satılmır, Ukraynanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi Andrey Melnik Kremlin "müharibəyə son qoymaq" "arzu siyahısı"na cavab olaraq bildirib.
Moderator.az bu haqda "UNIAN"-a istinadla məlumat yayıb.
"Ərazimiz və suverenliyimiz satılmır. Biz Milad bazarında deyilik. Biz məşhur Çerkizov bazarında deyilik", - deyə Melnik bildirib.
O, həmçinin əlavə edib ki, Rusiya Ukraynanın silahlarını yerə qoyub təslim olmasını çox istəyir, lakin Melnikin fikrincə, bu, heç vaxt baş verməyəcək.
"Rusiya Ukraynanın təslim olmasını istəyir, Rusiya bizim silahlarımızı yerə qoymağımızı istəyir və mənim cavabım budur: "Siz qulağınızın dalını görəcəksiniz, Ukraynanı yox", - deyə Melnik Rusiya daimi nümayəndəsi Nebenzaya sərt cavab verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 Dekabr 2025 07:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















