“Ukraynanın 1000 kilometri vuran raketi var” “Kurskda mühasirəyə düşməmişik”
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna qoşunlarının Kursk vilayətində mühasirəyə alınması ilə bağlı yayılan xəbərləri təkzib edib.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, Zelenskinin dediyinə görə, Rusiya Ukraynanın şərq sərhədində qüvvələr toplayır və Sumı vilayətinə zərbələr endirməyə hazırlaşır. “Biz bunu başa düşürük və buna qarşı tədbirlər görəcəyik”.
O, həmçinin qeyd edib ki, Pokrovsk istiqamətində vəziyyət sabitləşib və Ukrayna hərbçilərinin Kursk vilayətindəki fəaliyyəti sayəsində digər istiqamətlərdən Rusiya xeyli sayda qoşununu həmin əraziyə çəkməyə məcbur olub.
Bundan əlavə, Zelenski Ukraynanın yeni “Uzun Neptun” raketinin uğurlu sınaqları və döyüş istifadəsi barədə məlumat verib. Onun sözlərinə görə, bu raket 1000 kilometr məsafədə dəqiq zərbə endirə bilir.
“AzPolitika.info”
Baxış sayı:60
Bu xəbər 15 Mart 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















