Icma.az
close
up
RU
Ukraynanın bugünkü acınacaqlı vəziyyətinin günahkarı təkcə Volodimir Zelenski deyil

Ukraynanın bugünkü acınacaqlı vəziyyətinin günahkarı təkcə Volodimir Zelenski deyil

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kiyev Ukraynadakı münaqişənin nizamlanması üçün bəzi ərazilərini güzəştə getməyə razıdır. Bunu “Fox News” telekanalına Trampın xüsusi nümayəndəsi Kit Kelloq deyib. Kelloqun sözlərinə görə, ABŞ da Rusiyanın bəzi ərazi tələbləri ilə qismən razılaşmağa hazırdır. Kelloq bildirib ki, ABŞ Londonda keçirilən görüşdə Ukraynada sülhün bərpa olunması üçün 22 konkret şərt irəli sürüb və Kiyev bu şərtlərlə razılaşıb.

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna ərazilərinin itirilməsinə razı olsa, bu razılıq ən azı Zelenski siyasətinin iflası deməkdir.

Əhəd Məmmədli

“Bu qədər qan bu qədər itki, bu qədər dağıntı, o qədər göz yaşı və sonda ərazilərin itkisinə razılıq verilsin? 2014-cü ildə ruslar Krımı ilhaq edəndə Krımı bazarlığa görə ilhaq etmişdilər. Ukrayna buna doğru gedirsə, bunu Paraşenko da, elə Zelenski də edə bilərdi. O zaman bu müharibə nəyə lazım idi? Ukraynanı nə NATO-ya qəbul etdilər, nə Avropa Birliyinə qəbul etdilər. Ukrayna ərazilərindən imtina edərsə, bu zaman sual yaranacaq, nəyə görə? O zaman biz bunu deyəndə "divan politoloqları", burnundan o yanı görə bilməyənlər bizə qarşı çıxırdılar. Real siyasət başqa sahədir. Real siyasət "divan ekspertliyi" deyil. Real siyasət hər situasiyanı doğru qiymətləndirmək bacarığı və analiz etmək qabiliyyətidir. Bu da təəssüf olsun ki, Azərbaycanda qiymətləndirilmir. Azərbaycanda kütləyə oynayan artistlər göz önündədir. Siyasətçi, siyasi şərhçi adı ilə danışsınlar, kütlə əl çalsın və bundan da hər kəs xoş hal alsın. İndi belədir. Bundan sonra da təəssüf ki, belə olacaq. Amma düz söz deyən qəbul edilmir”-deyə Əhəd Məmmədli qeyd edib.

Politoloq vurğulayıb ki, Ukrayna gec-tez Rusiyanın işğalı altında olan ərazilərindən imtina edəcək.

“Ukrayna 2014-cü ildən Yanıkoviçin devrilməsi səhv siyasət idi. Prezident seçkilərində ikinci turda qalib gələn adamı meydanda, küçədə devirirlər. Niyə adamı devirdilər? Bir az dözərdilər prezident seçkiləri vaxtı gəlirdi. Seçkidə səs verməzdilər, klouna və ya konfet satana səs verərdilər. Seçərdilər. Rusiyanın əlinə niyə bəhanə verilməli idi axı? Bunu düşünmək o qədərmi çətin idi? Bu suallar Kriçkoya da aiddir. Bu suallaır hamıya Timaşenkoya, meydanlarda qəhrəmanlıq edən hamıya aid etmək lazımdır. Meydanları maliyyələşdirən Paraşenkoya aiddir. Hamıya aiddir. Niyə bunu etdiniz? Niyə dövlətinizi bu vəziyyətə saldınız? Sabah Zelenski və ya bir başqası ərazi itkisinə imza etsə, müxalifət Zelenskini və ya imza atan şəxsi ittiham edəcək. Amma Ukraynanın bu vəziyyətə düşməyində Zelenski kimi onlarında günahı var. 2014-cü il “Maydan” avantürasında kim iştirak edibsə, hamısının günahı var. Bu gün Ukraynanın bu günə düşməsində hamının günahı var”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri