Icma.az
close
up
RU
Ukraynanın düşdüyü bu vəziyyətə görə Zelenski günahkardırmı?

Ukraynanın düşdüyü bu vəziyyətə görə Zelenski günahkardırmı?

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu, Azərbaycan cəmiyyətində də ən çox müzakirə edilən, fikirlərin haçalandığı məsələdir. Zelenskinin siyasətçi, dövlət başçısı kimi səhvləri, yanlış qərarları ola bilər, amma baş verənlərə görə “əsas günahkar” elan olunması doğru deyil”.

Turkustan.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, birincisi, 2014-cü ildə Rusiya ilə başlanan münaqişə Zelenskiyə miras qalıb və yaranmış vəziyyəti dəyişdirmək çətin idi:

“İkincisi, Qərb 2014-cü ildə Donbas müharibəsinin başlandığı dövrdən etibarən, heç vaxt Ukraynaya tam dəstək verməyib: “Normand formatı”ndakı danışıqlarda Almaniya və Fransa daha çox Rusiya ilə anlaşmaq xəttini izləyirdi, nəinki Ukraynanın ərazi bütövlüyünün bərpasını; 2022-ci ildə Rusiyanın hücumundan sonra da Qərbdən istənilən dəstək gəlmədi, hətta Avropa ölkələri Ukraynaya “onsuz da duruş gətirə bilməyəcəksiniz” deyirdilər; Qərbin əsas məqsədi müharibənin Ukrayna sərhədlərindən kənara çıxmaması, Avropaya sıçramaması olub;

Üçüncüsü, Zelenski müharibənin başlamamasına çalışırdı, hətta Donbas məsələsinin həlli üçün alternativ platformalar da axtarıb: bunun üçün 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış təcrübədən – problemin regional müstəvidə həlli variantından da istifadə etmək istəyirdi, Türkiyə ilə yaxınlaşmaq, Ankaranın vasitəçiliyindən istifadə etmək siyasəti buna hesablanmışdı, lakin imkan verilmədi”.

A.Nərimanlı qeyd edib ki, Ukrayna müharibəsi geosiyasi hesablaşmanın tərkib hissəsi idi və Zelenski yox, başqa biri olsaydı da, bu başlayacaqdı:

“Müharibə başlayanda bu haqda yazmışdıq: hədəf Avropanın “güc mərkəzi” olmaq, Çinin qlobal gücə çevrilmək planlarının qarşısını alınması və ABŞ-ın lider olduğu təkqütblü sistemin qorunmasıdır; Bayden və Tramp administrasiyasının fərqli yanaşmaları olsa da, hədəf eynidir və müəyyən qədər də olsa, buna nail olunub. Rusiyanın da əsas hədəfi yeni geosiyasi şərtlərdə “regional” yox, “dünya gücü” kimi qəbul edilmək idi. Ukrayna bu geosiyasi hesablaşmada poliqon kimi istifadə edildi”. /Globalinfo.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Fevral 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri