Ukraynanın ərazi itkiləri sülh sazişində qeyd oluna bilər
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın başlatdığı müharibə nəticəsində Ukraynanın ərazilərini itirməsi sülh sazişində qeyd oluna bilər. Lakin bu, ərazi itkilərinin rəsmi tanınması demək olmayacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donaıd Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.
“Onlar 2014-cü il sərhədlərinə, Rusiya Krıma girməzdən əvvəl sahib olduqları sərhədlərə qayıtmayacaqlar. Hesab edirəm ki, ərazilərin itirilməsi ilə bağlı müəyyən razılaşma olacaq. Ancaq bunu etiraf etmək lazım deyil - biz bunu Baltikyanı ölkələrlə etməmişik”, - Kelloq vurğulayıb.
Kelloq xatırladıb ki, SSRİ Baltikyanı ölkələrin ərazilərini işğal edəndə ABŞ heç vaxt Sovet İttifaqının onlara sahib olduğunu deməyib. Məsələ onda idi ki, onlar sadəcə olaraq SSRİ-nin hökmranlığı altında idilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 14 Fevral 2025 01:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















