Icma.az
close
up
RU
“Ukraynanın gerçək durumunu bu foto qədər heç nə dəqiq əks etdirmir!”

“Ukraynanın gerçək durumunu bu foto qədər heç nə dəqiq əks etdirmir!”

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir siyasi lider, xüsusən də dövlət başçısı üçün səbirli və təmkinli olmaq, emosiyaları üzərində hakimlik nə qədər üstün keyfiyyət sayılırsa, eyni dərəcədə də düşüncələrində, siyasi mövqeyində ardıcıllıq, dayanıqlılıq və sabitlik çox önəmlidir.
Tarix göstərir ki, xaraktercə dayanıqsız, sabit olmayan, hisslərinə hakimlik edə bilməyən, özünəvurğun, düşüncələri dolaşıq, bu gün dediyini sabah təkzib edən, bir növ, “tüpürdüyünü yalayan” siyasətçilər, liderlər daha tez təsir altına düşür, enində-sonunda güclülərin oyuncağına, əlaltısına çevrilirlər.
Oyuncağa çevrilən, öz başıyla düşünmək və müstəqil qərar qəbul etmək qabiliyyəti olmayan, şöhrətə aludə siyasətçilər, dövlət başçıları isə, gec-tez, xalqlarına yalnız bədbəxtlik, faciələr gətirirlər.
Bariz nümunəsi – Ukrayna prezidenti Volodimir Zelenski!
Zelenski 2019-cu ildə hakimiyyətə gələndə Ukrayna xalqına əsas vədi separatçı bölgələrlə bağlı problemi sülh yoluyla həll etmək idi. Ona səs verənlər həm də Şərqi Ukraynanın rusdilli əhalisi idi. Ancaq prezidentlik kürsüsünə əyləşdikdən az sonra sürətlə NATO-yla yaxınlaşma, separatçı bölgələr üzərindən ABŞ və Avropanın Rusiyaya, Putinə qarşı siyasətində ön cəbhəyə – əsas proksi qüvvəyə çevrilmək kursu seçdi (Bu gerçəyi artıq ABŞ rəsmiləri bir-bir dilə gətirir).
Bütün Qərb mediası 2022-ci ildə süni şəkildə onun “Putinə qarşı savaşan qəhrəman” obrazını yaradanda, Qərb paytaxtlarında onu ayaqüstə, alqışlarla qarşılayanda, Zelenski özünü bu şişirtmənin və çəpiklərin mahiyyətini anlayan məsuliyyətli siyasət adamı, dövlət başçısıtək yox, məhz səhnədə rol oynayan və tamaşaçı kütləsinin alqışını qazanmağa çalışan aktyor kimi apardı…
Bu da nəticəsi!

3 illik Rusiya-Ukrayna savaşının real mənzərəsini və Ukraynanın gerçək durumunu bu foto qədər heç nə dəqiq əks etdirmir!
Öz xalqının faciəsi və bədbəxtliyi uğrunda qəhrəman rolunda görünməyi və oyuncaq olmağı seçmiş bir liderin ölkəsinə gətirdiyi aqibət budur: əhalisinin tən yarısı doğma yurd-yuvasından didərgin düşmüş, torpaqları işğal edilmiş, ən cəsur oğlanlarını qardaş müharibəsində itirərək qızlarını döyüşə göndərməyə məcbur qalmış döyüşkən, məğrur bir xalq və bir də qızlarının cənazəsi üzərində ağlayan çarəsiz atalar…
Əmin olun ki, Zelenskinin Trampla təkrar görüşü, ABŞ-la imzalayacağı saziş, Avropanın dəstəyi və yeni seçkilər belə, onu xilas etməyəcək!
Qisas yanğısıyla qovrulan bu atalar Ukraynanı öz slavyan qardaşıyla əbədi düşmənə çevirib, sonra da sərvətini Qərbə peşkəş edən Zelenskini qətiyyən bağışlamaz, sağ buraxmazlar!

Elxan Şükürlü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Mart 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri