Ukraynanın hücumuna Trampdan SƏRT REAKSİYA FOTO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbana “Dostluq” neft kəmərinə endirilən zərbələrə görə son dərəcə qəzəbli olduğunu bildirib”.
Bizim.Media xəbər verir ki, bu barədə Vaşinqtondan Budapeştə göndərilən və Orbanın siyasi müşaviri, Balaj Orban tərəfindən dərc olunan məktubda qeyd olunub.
“Viktor, eşitdiklərim xoşuma gəlmir. Buna görə çox qəzəblənmişəm”, – Tramp Orbanın neft kəmərinin infrastrukturuna hücumlarla bağlı məktubuna yazdığı cavabda vurğulayıb.
Ağ Evdən Macarıstan Baş nazirinin Aparatına göndərilən məktubun fotokopiyasını Balaj Orban sosial şəbəkələrdə paylaşıb.
Xatırladaq ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto və Slovakiyanın iqtisadiyyat naziri Denis Sakov “Dostluq” kəməri vasitəsilə hər iki ölkəyə Rusiya neftinin nəqlinin infrastruktur hücumu səbəbindən yenidən dayandırıldığını açıqlamışdılar.
Siyartonun sözlərinə görə, Rusiya–Belarus sərhədindəki neft kəmərinə hücum qısa müddət ərzində artıq üçüncü dəfədir baş verir. Rəsmi Budapeşt sözügedən hücumlara görə, Kiyevi ittiham edərək, bu cür addımların qəbuledilməz olduğunu bildirmişdi.
Sakov isə hazırda ziyanın qiymətləndirildiyini bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 22 Avqust 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















