Icma.az
close
up
RU
Ukraynanın mərkəzi vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var

Ukraynanın mərkəzi vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnipropetrovsk vilayətinin Dnipro rayonunun atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 21 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının başçısı Serhiy Lısak teleqramda bildirib.

Onun sözlərinə görə, zərbələrin hədəfi mağaza, çoxmənzilli və fərdi evlər olub. Region rəhbəri qeyd edib ki, sözügedən ərazilərdə zərbələrdən alışma başlayıb.

Lısak vurğulayıb ki, yaralananlar arasında 11 yaşlı uşaq da var. Onun vəziyyəti orta ağırdır.

Bizim Telegram kanalımıza abunə olun

seeBaxış sayı:23
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri