Ukraynanın NATO ya üzv olmasından söhbət gedə bilməz ABŞ
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevin NATO-ya üzvlüyü ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, o, “Fox News” televiziyasına Ukraynada mümkün sülh və ölkənin NATO prosesi haqqında danışıb. Trampın nümayəndəsi bildirib ki, Kiyevin NATO-ya daxil olmasından söhbət gedə bilməz. Kelloqun sözlərinə görə, Vaşinqton administrasiyası Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəslə bağlı müxtəlif danışıqlar aparır. Kelloq qeyd edib ki, ABŞ-nin qlobal miqyasda iştirak etməli olduğu bir çox məsələ var və ona görə də Rusiya-Ukrayna müharibəsi həll edilməlidir.
Sülh prosesinin şərtlərinin Rusiya və Ukrayna tərəflərinə təqdim ediləcəyi "ilkin protokol" razılaşmasında vasitəçilik edəcəklərinə diqqət çəkən Kelloq, Ukraynanın NATO-ya üzv olmasının müzakirə edilmədiyini ifadə edib.


