Ukraynanın Odessa şəhərinə PUA hücumu nəticəsində iki nəfər həlak olub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kiyev, 1 may, AZƏRTAC
Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə mayın 1-nə keçən gecə həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində 2 nəfər həlak olub, daha 15 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti “Meta” sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda deyilir: “Hücum zamanı çoxmərtəbəli yaşayış binaları, fərdi evlər, supermarket, məktəb və avtomobillərə ziyan dəyib”.
PUA zərbəsinin olduğu yerlərdə baş verən yanğınlar yanğınsöndürənlər, könüllülər və Milli Qvardiya qüvvələri tərəfindən tez bir zamanda söndürülüb.
Xilasedicilər və fövqəladə hallar xidmətinin əməkdaşları çoxmərtəbəli binaların birində 200-dən çox insanı təxliyə ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 01 May 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















