Icma.az
close
up
RU
Ukraynanın qaranlıq taleyi ABŞ nə istədiyini deyir, Aİ boş vədlər verir

Ukraynanın qaranlıq taleyi ABŞ nə istədiyini deyir, Aİ boş vədlər verir

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Pərvanə SULTANOVA
[email protected]

ABŞ və Avropa İttifaqı Rusiya-Ukrayna münaqişəsi ilə bağlı müəyyən addımlar atırlar. Amma bu addımlar Kiyev üçün hələ ki, yaxşı heç nə vəd etmir. Tramp administrasiyası münaqişəni tez bir zamanda bitirmək, ilk növbədə isə atəşkəsə nail olmaq istəyir. Ağ Ev açıq şəkildə bəyan edib ki, daha bu müharibənin davam etməsi üçün maliyyə və silah dəstəyi göstərmək niyyətində deyil.

Xatırladaq ki, bir müddət öncə Vaşinqtona gedən Vladimir Zelenski ilə Donald Tramp arasında siyasi qalmaqal yaşanmışdı. Bundan sonra Ağ Ev rəhbəri Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzaladı. Ağ Ev-in bununla bağlı bəyanatında deyilirdi ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk".

Yeri gəlmişkən, ABŞ mediası yazır ki, Amerika yardımının bərpa olunacağına dair heç bir işarə yoxdur. ABŞ-ın Ukraynadakı nümayəndəsi Kit Kelloq daha əvvəl bildirib ki, Vaşinqton yardımı kəsməyib, lakin dayandırıb. Yardımı bərpa etmək qərarının nədən asılı olacağını isə bilmir.

Avropa İttifaqına gəlincə, Ukraynanı sözdə dəstəklədiyini göstərməyə çalışsa da, əməldə ciddi addımlar atmır və həmrəylik nümayiş etdirmir. Bu baxımdan ötən həftə sonu keçirilmiş Avropa İttifaqının fövqəladə sammitinin nəticələrini də birmənalı qiymətləndirmək mümkün deyil. Çünki həmin sammitdə ciddi nəticələr əldə olunmadı, başqa sözlə, Avropa gözlənilən birliyi nümayiş etdirə bilmədi. Sammitdə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin təklif etdiyi Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsinə dair planı razılaşdırmaq mümkün olsa da, Ukraynaya hərbi yardımı davam etdirmək məsələsində vahid mövqe ortaya qoyulmadı. Buna səbəb Macarıstanın Baş naziri Viktor Orbanın münasibəti idi. Beləliklə, bəyanatı 27 deyil, Aİ-yə üzv 26 dövlətin liderləri təsdiqləyib.

Macarıstanın Baş naziri mövqeyini onunla izah edib ki, Budapeşt Ukraynada sülhə gedən yolun hərbi dəstəkdən keçdiyinə inanmır. Aİ Şurasının sədri Antonio Kosta yekun mətbuat konfransında Macarıstanın Ukraynadakı müharibəyə fərqli strateji yanaşması olduğunu, lakin Budapeştin tək qaldığını deyib: "O, təcrid olundu və sıralarımızı bölə bilməyəcək".

Orban isə cavab olaraq bildirib ki, əksinə, Avropa İttifaqı təcrid olundu, Macarıstanın isə ABŞ, Çin və Rusiya ilə əla münasibətləri var.

Dünən isə Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna rəsmilərinin nizamlanma üzrə görüşü keçiriləcəkdi. ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib ki, Səudiyyədəki danışıqlardan müsbət nəticələr gözləyir.

Onun sözlərindən bəlli olub ki, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində yaranmış fasiləni də tam aradan qaldırmağa yaxındır.

Qeyd edək ki, ABŞ-nin kəşfiyyat məlumatlarının Kiyev rəsmilərinə ötürülməsinin dayandırılması barədə qərar Tramp tərəfindən verilmişdi. Bu, Vladimir Zelenskiyə Rusiya ilə sülh danışıqlarının aparılmasında Trampla əməkdaşlıq etməsi üçün edilən təzyiqin bir hissəsi idi. Xarici KİV yazır ki, "Zelenskinin Ukraynanın "mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olduğu" açıqlamasından sonra silah tədarükü və kəşfiyyat məlumatlarının mübadiləsinin bərpası ehtimalı nikbinlik yaradıb".

Keçən il Ukraynada prezident seçkilərinin keçirilməməsi səbəbindən Vladimir Zelenskinin qeyri-legitimliyi Kremlin əsas iddialarından biridir. Ağ Evə qayıtdıqdan sonra Tramp və onun administrasiyası da Ukraynada seçkilərin keçirilməsində israr etməyə başlayıb.

Bu arada NBC yazır ki, Amerika və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşündən əvvəl Donald Tramp köməkçilərinə açıq şəkildə bildirib ki, yardım və kəşfiyyat məlumatlarının mübadiləsinin bərpası üçün təkcə mineralların hasilatı, tədarükü barədə saziş kifayət etməyəcək. ABŞ prezidenti, həmçinin Zelenskinin sülh danışıqlarına münasibətinin dəyişməsini, o cümlədən ərazi itkiləri də daxil olmaqla güzəştə getməyə, seçkilər keçirməyə və bəlkə də prezidentlikdən istefa verməyə hazır olduğunu görmək istəyir.

Məlumata götə, ABŞ rəsmiləri Səudiyyə Ərəbistanında təkcə Ukrayna nümayəndə heyəti ilə deyil, Rusiya nümayəndə heyəti ilə də görüşəcəklər. Ukrayna-Amerika görüşü martın 11-də baş tutacaq. Görüşdə prezident Donald Trampın administrasiyasının yüksək vəzifəli şəxsləri iştirak edəcək. Ukrayna prezidenti Səudiyyə Ərəbistanına səfər etsə də, görüşdə olmayacaq. Ukrayna nümayəndə heyətinin tərkibinə Prezident Aparatının rəhbəri Andriy Yermak, həmçinin xarici işlər naziri Andriy Sybiqa, müdafiə naziri Rustem Umerov və Prezident Administrasiyası rəhbərinin müavini Pavlo Pali daxildir.

Göründüyü kimi, Ukrayna heç də asan və əlverişli şərtlərlə danışıqlara getmir. Kiyev üçün çox çətin çağırışlar var, amma müharibəni davam etdirmək imkanları da artıq tükənib. Vaxtilə Ukraynanı müharibəyə sürükləyənlər də indi yaxalarını kənara çəkirlər.

Milli Məclisin deputatı Asim Mollazadə "525"ə müsahibəsində Tramp administrasiyasının Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasındakı fəaliyyətini şərh edib, bu mövzuda digər suallara aydınlıq gətirib. Deputatın sözlərinə görə, bu günə kimi qeyd edilən məsələdə hansısa ciddi bir inkişaf müşahidə olunmayıb: "Hər hansı ciddi inkişafdan söhbət gedə bilməz. Hər gün Ukraynanın şəhərləri bombalanır, hədəfə alınır, uşaqlar, qadınlar qətlə yetirilir. İnsan tələfatı davam edir. Bunu inkişaf adlandırmaq çox çətindir. Düşünürəm ki, Rusiya beynəlxalq ictimaiyyətin təzyiqinə məruz qalmalıdır. Əks halda, bu davam edəcək. Hələlik mən Rusiyaya ciddi təzyiqləri görmürəm və Ukrayna öz torpaqlarını atəşkəsə güzəştə gedə bilməz. Vaxtilə dünya, ermənilər tərəfindən Azərbaycan uşaqlarının qətlə yetirilməsinə, insanlarımızın amansız işgəncələrə məruz qalmalarına, həm Qarabağdan, həm Qərbi Azərbaycandan 100 minlərlə soydaşımızın etnik təmizləməyə məruz qalmalarına göz yummuşdu. Azərbaycan torpaqlarının 30 illik işğalına nəhayət, özü son qoydu. Ümid edirəm ki, Ukrayna öz problemlərini həll etmək üçün kifayət qədər dəstək alacaq. Başqa alternativ mən görmürəm. Çünki Rusiya heç bir güzəştə getmir və işğal davam edir".

"Azərbaycanın etdiyini Ukrayna niyə edə bilmədi? Nəzərə alaq ki, Bakıdan fərqli olaraq Qərb və Avropa Kiyevə lazımi dəstəyi verdi", - sualına cavab olaraq deputat deyib ki, çünki Ukraynanın dövlətçilik anlayışı olan lideri olmadı. Azərbaycanda isə güclü lider var və o, münaqişəyə son qoya bildi. Azərbaycan lideri böyük dövlətçilik təcrübəsinə malikdir.

A.Mollazadə ABŞ-la Rusiyanın hiss olunan yaxınlaşması və Trampın burada əsas məqsədinin nədən ibarət olmasına da toxunub: "Hesab edirəm ki, Trampın əsas məqsədi Rusiyanı Çinin cinahından çıxarmaq, Çindən ayırmaqdır. Ona görə də Rusiyaya müəyyən güzəştlər vəd edib, Ukraynaya ciddi dəstəyi azaldıb və yaxud dayandırmaqla hədələyir. Problem burada Trampın Çindən çəkinməyidir və Çinin günü-gündən güclənməyidir. Çinin belə güclənməyinin əsas səbəbi bundan əvvəl olan Ağ Ev administrasiyanın fəaliyyətidir. Bayden administrasiyası Amerikanı tədricən zəiflədərək Çinin imkanlarını atrırmaqla onu daha da gücləndirdi. Çin bu gün həm iqtisadi nöqteyi-nəzərdən, həm də hərbi baxımdan super qüvvəyə çevrilir. Tramp bundan çox narahatdır və Rusiya-Çin müttəfiqliyi də əslində Çini çox gücləndirə bilər. İndi Tramp da Rusiyanı bundan çəkindirməyə çalışır".

Martın 6-da keçirilən Avropa İttifaqının fövqəladə sammitinin yekunlarını dəyərləndirən deputat hesab edir ki, bu sammitin yekununda biz hər hansı ciddi nəticə görmədik: "Yəni Ukraynaya böyük həcmdə dəstəyin şahidi olmadıq. Avropa İttifaqı burada sadəcə olaraq sözdə dəstək verir, amma əməldə silah, maliyyə dəstəyi göstərilmir. Ukraynaya yetərincə dəstək yoxdur. Daha çox sözlər, vədlər görürük. Avropa İttifaqının daxilində də bu məsələ ilə bağlı ciddi fikir ayrılığı mövcuddur".

Səudiyyə Ərəbistanında gözlənilən ABŞ-Ukrayna görüşünün Kiyev üçün nə ilə nəticələnə biləcəyinə gəlincə, deputat deyib: "Biz çox istərdik ki, burda hansısa müvəqqəti atəşkəsdən söhbət getməsin, Ukraynaya ciddi təhlükəsizlik qarantiyaları verilsin. Bu, çox vacibdir. Xatırladıram ki, Ukrayna ilə bağlı bir Minsk formatı var idi. Bu formatın adı da bədnamdır. Azərbaycan Minsk qrupunun nə olduğunu çox gözəl bilir. Həmin Minsk formatı münaqişənin genişlənməsinin, Ukraynaya hücumun qarşısını ala bilmədi. Ukrayna bir çox vədlər almışdı. Budapeşt razılaşması var idi. Ukraynadan nüvə silahları alanda vədlər verilmişdi, amma bütün bu vədlərin heç bir nəticəsi olmadı. Ona görə də mən bu danışıqların uğurla, sürətlə hansısa bir nəticəyə gətirəcəyinə, Ukraynanın torpaqlarının azad ediləcəyinə, ərazi bütövlüyünün, suverenliyinin bərpa olunacağı ilə nəticələnəcəyinə inanmıram". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see631

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see152

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see141

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see139

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see138

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see137

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see135

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see132

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see131

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see128

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see126

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see126

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see124

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see123

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see118

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see117

14 kiloqram arıqlayan Yeşilçam ulduzu tanınmaz halda

24 İyul 2025 10:59see117

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see116

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see115

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri