Icma.az
close
up
RU
Ukraynanın Rusiya ərazisinə ilk dəfə ATACMSlardan zərbə endirməsi təsdiqlənib

Ukraynanın Rusiya ərazisinə ilk dəfə ATACMSlardan zərbə endirməsi təsdiqlənib

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Rusiya Müdafiə Nazirliyi: “Döyüş ekipajları 5 raketi vurub, 1 raketi zədələyib”

Rusiya hərbçiləri Bryansk vilayətinin ərazisi üzərində beş ATACMS ballistik raketini vurub. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Bu gecə saat 03:25-də düşmən Bryansk vilayətindəki obyektə 6 ballistik raketlə zərbə endirib. Təsdiqlənmiş məlumatlara görə, Amerika istehsalı olan ATACMS operativ-taktiki raketlərindən istifadə edilib. Raket əleyhinə döyüş nəticəsində S-400 hava hücumundan müdafiə sistemi və “Pantsir” hava hücumundan müdafiə raket sisteminin döyüş ekipajları 5 raketi vurub, 1 raketi zədələyib”, - nazirliyin məlumatında vurğulanıb.

Müdafiə Nazirliyinin məlumatına görə, raketlərin fraqmentləri Bryansk vilayətində hərbi obyektin texniki ərazisinə düşüb və nəticədə yanğın olub. Hücum nəticəsində tələfat və dağıntı olmayıb.

Daha əvvəl “RBC-Ukrayna”nın Müdafiə Qüvvələrindəki mənbəsi məlumat vermişdi ki, Ukrayna hərbçiləri Bryansk vilayətindəki 1046 logistika mərkəzinin silah arsenalına Amerika ATACMS raketləri atıblar.

Arsenal Karaçev yaxınlığında - Ukraynadan 130 km məsafədə yerləşir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı daha əvvəl obyektin noyabrın 19-na keçən gecə hücum nəticəsində vurulmasına aydınlıq gətirsə də, hansı silahlardan istifadə olunduğunu açıqlamayıb. Eyni zamanda, yerli sakinlər və Rusiyanın “Telegram” kanalları Bryansk vilayətində raket təhlükəsinin elan edildiyi məlumatını yayıblar. İnternetdə hücum anının videosu da yayılıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin (hərbi hissə) 67-ci arsenalını vurub. Onun sözlərinə görə, orada Şimali Koreyadan olan artilleriya sursatları, idarə olunan bombalar, zenit raketləri və reaktiv yaylım atəşi sistemləri (MLRS) üçün mərmilər saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Noyabr 2024 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri